Sürücülük bacarığının artırılması üsulları – yalnız əcəmilər üçün deyil

Maşını yaxşı sürməyi öyrənirik

"Əmin deyilsənsə -heç sürme!" (Yazılmamış yol qanunu)

Yaxşı sürücü olamaq istəyirik mi?

Əlbət ki istəyirik. Bunun üçün özümüzdən başlamaq lazımdır. Yəni Siz özünüzü sevirsəniz, hörmət bəsləyirsəniz başqalarına hörmətsızliyə yol verməzsiniz. Çünki hörmətsizlik, aynada əks olunduğu kimi geri dönür, gəlir onu edən adamın özünə. Necə yaxşı sürücü olaqƏgər biz adi sürücülük kurslarında nələr öyrədilmir sualını qarşıya qoysaq, təcrübədə artıq maşını yaxşı sürməyi öyrənirik, azından, öyrənmək istəyirik. Çox gözəl, sürücülüyə yeni gözlə baxaq. Unutmayın ki, sükan arxasına keçən adam insan olaraq qalır. Öz xasiyyəti və vərdişləri ilə - həm yaxşı, həm də, hayıf ki, pis. Heç zaman unutmayın ki, sükan arxasında oturan insanlardır (heç olmasa bu günə qədər, Allaha şükür, beləydi). Həm güclü, iradəli, bacarıqlı, həssas, diqqətli, və həm də tərs xüsusiyyətlərlə birlikdə. Təəssüf ki, sürücülərin seçilməsi üsulları, onların arasında dəlilərin rast gəlməsini tam müstəsna etmir. Bəzi insanlar, komissiyanı məsum quzu kimi keçir, sükan arxasına oturan kimi "canavarlaşır". "Onu keçəcəyəm, bunu sıxışdıracağam, bu birisinə yol verməyəcəyəm!". Əcəba, niyə belə olur? Məgər Siz küçədə gedərkən, ilk qarşınıza çıxanın üstünə atılırmısınız, ya addımlarınızı itiləşdirərək, birisini keçmək, və yaxud, bacaqlarınızı o tərəfə, bu tərəfə oynadaraq, Sizdən sürətli gedənə yol verməməyə çalışırsiniz mı? Əlbəttə ki, yox. Çünki ağlı başında olan adamlar belə hərəkət etməz. Onda niyə sükan arxasındakı "ağlı başında olmayanlar" ın sayi həddindən ziyadə çoxdur? Bu sual daha çox sosiologiya və siyasətə ya da fəlsəfəyə aiddir. Bu yazı ilə biz çalışdıq ki, sağlamlığınızı qeyb etmədən və çox maddi zərərə girmədən necə yaxşı sürücü olaq sualına cavab verək. Ümid edırik ki, "maşını yaxşı sürməyi öyrənirik" məqaləsi, bu problemi kökündən çıxarıb atmasa da, heç olmazsa vəziyyəti bir az düzəldər. Sonra başqa biri yenə bir az düzəldər, baxarsınız yollarda vəziyyət xeyli yaxşılaşar. Biz ətraflı olaraq " Pis görüntü şəraitində sürücülük", "Qapalı və təhlükəli yerlədən keçiş", "Dönüşlərin və dolanbac yolların keçilməsi" və b. mövzuları ələ aldıq. Əgər biz yaxşı sürücü olamaq istəyirik sə, sükan arxasına keçən kimi özümüzə qəti tapşırıq veririk:

Yolda qarşılıqlı hörmət qanundur

Başqalarına hörmət göstərərək, biz özümüzə olan hörməti saxlamaq istəyirik. Sağa, sola xoşa gəlməz sözlər "atmağa" tələsməyin. Qarşınızdakı özünə güvənməyən təzə sürücü ola bilər (yadınızdan çıxdı mı, ilk dəfə sükan arxasına oturanda dizləriniz necə titrəyirdi?), bəlkə qarşınızdakı məhdud imkanlı əlil ola bilər, (maşının işarələrinə diqqətlə baxın, amma işarə olmaya da bilər), bəlkə də qarşınızdakı naz-gəmzəli qadındır (hər qadın kiminsə anası, bacısı, yoldaşı, sevgilisi, qızıdır, onlara hörmətsızlık yaraşarmı?)Yolda qarşılıqlı hörmət qanundur, bəlkə o təbiətinə görə özünə diqqət çəkmək istəyir, və əlbəttə ki kişilər qədər maşını bilmir (amma elə məsələlər var ki, Siz qadınların yanından belə keçə bilməzsiniz). Məgər Siz məclisdə, iş yerində qadına qarşı təhqirə yol verirsiniz mi? Min səbəb ola bilər. Adamı qınamağa tələsməyin. Və əsla, təhqirə haqqınız yoxdur. Təmkinli olun, yol verin, yandan keçin, lazım gələrsə kömək edin. Hərəkətinizə özünüz də məmnun olarsınız.

Yol verin, Sizə də yol verərlər

Yol vermək, düşünürəm, yol qaydalarından bilirsiniz, başqasına, yolun müəyyən hissəsindən maneəsiz keçə bilmək imkanı vermək deməkdir. Bəzən yol Sizin olsa belə, başqasına yol vermək lazım ola bilər. "Yol vermək " kəliməsinin üstündə durmaq istərdim. Mədəniyyət göstərin, yol verinDünya ölkələrinin əksəriyyətin Yol hərəkatı qaydalarında (irəlidə "Qaydalar" və ya YHQ) deyilir ki, "sürücü daha sürətlə gedən nəqliyyat vasitələrinə yol verməlidir". Və məxsusən hansı ölkələr və hansı maddələri yazmıram, çünki bu vacib deyil. Vacib olan, DYP və ya digər dövlət orqanının vəzifələrini üstünüzə almayın. Bu cür vəzifəli şəxslər onsuz da çoxdur. Heç zaman düşünməyin ki, icazə verilən ən yüksək sürətlə gedərkən, başqalarına yol verməyə məcbur deyilsiniz, onlar işıqla və ya səslə siqnal versə belə. "Heç nə olmaz, qoy mənim ardımdan getsin" deməyin. Çünki adamın, Allah göstərməsin, bir problemi ola bilər. Bəlkə bir dərdi var, misal, təcili xəstə aparır, xəstəyə gedir, təcili yardıma ehtiyacı olan uşaq aparır. Maşınında da xüsusi işarə və ya texnik vasitələr yoxdur. Düşünün, hamının başına gələ bilər. O Qaydaları pozur mu, pozmur mu Siz qərar verməməlisiniz. O yol polisinin mi, başqa orqanların mı qarşısında cavab verə bilər. Allah qarşısında – şübhəsiz. Mədəniyyət göstərin, yol verin. Sükan arxasına keçərkən, bütün pislikləri unudun. Yoldaşlarınız da Sizə qarşılıqlı hörməti edər. Sürücülük bacarığını təzələyək və dərinləşdirək: Maşını yerdən düzgün tərpətmək, şəhər hərəkəti, şəhər kənarı hərəkət, dönüşlərin və dolanbacların keçilməsi, qapalı, təhlükəli yerlədən keçiş.↓Davamını oxuyun

Baş səhifəBaş səhifəyə

Sükan arxasına keçirik

Əvvəlcə hazırlıq. Hər şeyi bir daha yoxlayırıq.Sükan arxasında diqqətli olun Bəzi sürücülərin düşündüyü "istəyəndə minib gedirəm" doğu deyil. Yəqin ki yol qaydalarından xatırlayırsıniz "...sərxoş halda, o cümlədən narkotik maddələrin təsiri altında, xəstə halında, yorğun vəziyyətdə maşın sürmək qadağandır..." Onu əlavə edək ki, bəzi dərman maddələri, xüsusən yuxu gətirənlər, ağrı kəsənlər, insan orqanizminə uyüşdürücü təsir göstərir. Ona görə də əgər Siz özünüzü pis hiss edərək, dərman içmisinizsə, bundan sonrakı halınız necə olursa, olsun, Siz Qaydaları pozmadığınıza əmin ola bilməzsiniz. Bununla yanaşı, müxtəlif maddələr, hətta adi ərzaq məhsulları və sular, ayrı-ayrı insanlara başqa cür təsir edir. Məsələn, qəhvə, universal yuxu qaçıran deyil. Bəzi insanlarda o, əksinə, yuxu gətirir. Çünki, onun tərkibində narkotik maddə kofein vardır. Həkimlərin dediyinə görə orqanizmin qəhvəyə belə cavabı normaldır. Bu səbəbdən, Siz öz bədəninizin xüsusiyyətlərini bilməlisiniz və maşın sürməyin cüzi belə əks göstəriciləri olan məziyyətlər varsa, yola çixmaqdan imtina etməlisiniz, xüsusən də uzaq yola. Əgər heç bir əks göstərici yoxsa yaxşı yol. Ancaq sükan arxasına keçmədən öncə, hər zaman vərdişiniz olsun, maşının ətrafına baxın. Xarici görünüşündə zədə, cızıq, əzilmə olmadığına əmin olun. Aynaları, siləcəkləri yoxlayın. Təkərlərə baxın. Şübhə olduğunda havasını manometrlə yoxlayın. Həftədə bir təzyiqin yoxlanması mühümdür. Bundan sonra maşına otura bilərsiniz. Motoru çalışdırmadan qabaq salona diqqət edin, aynanın, oturacaqların ayara ehtiyacı varsa, ayarlayın. Salonda, idarə orqanlarında, pannoda ciddi bir xəsarət olmadığını yoxlayın. Oturacaqların ayarı təlimatı maşının kitabında və internetdə vardır. Ümumiyyətlə şəhər hərəkəti və uzaq səyahət üçün ediləcək ayarlar fərqlidir. Mühüm olan optimal görüntüyə, idarə orqanlarına asan çatmağa və rahatlığa nail olmaqdır. Motoru hər zaman neytral sürətdə və ilişmə pedalını basmaqla işə salırıq (avtomatlar üçün N və ya P vəziyyəti). Motoru söndürürkən də pedal basılmalıdır.

Maşını yerdən düzgün tərpətmək

Motorun səsinə qulaq asın. Motor arasız, dəyişmədən, şübhəli səslər olmadan işləyirsə - hər şey qaydasındadır. Deyilsə, səbəbini tapıb, düzəltməyə çalışın. Gurultu, zərbə səsləri, digər xoşa gəlməz səslər eşidərkən, dərhal motoru sordurun. Maşın yola hazır deyil... Hər şey yerindəysə, o zaman

savadla yerdən tərpənirik

. Necə? Son sırada təhlükəsizlik kəmərini taxırıq, bir də oturacağın vəziyyətini yoxlayırıq, əgər onu düzəltmişdinizsə. Üçüncü sürəti (ya 5-ci) taxaraq, sağ əlin tam açılmasına bir az qalana qədər sərbəst uzanmasına diqqət edin. Qol tam açılırsa ya çox bükülürsə vəziyyət yenidən düzəldilməlidir. Ayaq və əllərin açılış bucağı təxminən ≈120º). Avtomat qutu üçün yalnız rahatlığı yoxlayın. Sonra mexanik qutu üçün birinciyə keçirik, avtomatda D-yə, hərəkətə başlamadan əvvəl mütləq maşının ətrafının 360º-sini görməlisiniz: göz görəni – gözlə, görməyəni aynalara baxaraq və başınızı çevirərək (aynaların "görmədikləri" yerlər var), hətta səhrada belə olsanız, və ətrafınızda heç kes, heç nə yoxduysa, hərəkətə başlayan anda əmin olun ki hərəkət üçün heç bir əngəl yoxdur, dönüş lampasını yandırırıq (həmişə) və yaxşı yol! Pedalların basılması, buraxılmasından bəhs etmirik. Bunu kurslarda öyrədirlər. Əlavə edək ki, ilişmə pedalı tez basılır, ehmalca buraxılır (yüksək sürətlərdə daha tez), əyləc pedalı ehmalca basılır, tez buraxılır (qeyri-adi hallarda vəziyyətin tələbinə gürə), qaz pedalı isə hər zaman üsullu davranmağı tələb edir – yavaş basılır, yavaşca buraxılır. Sürüşkən yol xüsusi diqqət tələb erdir. Yuxarıda yazılanlara əməl etmək, maşını yerdən düzgün tərpətmək deməkdir.

Şəhər hərəkəti

Şəhər hərəkətiŞəhər hərəkətini, buradakı şəkildə göstərilən dəli və xaotik və ya qaydasız bir proses zənn etməyin. Şəkil vəziyyəti zarafatla bir az şişirdib. Şəhər hərəkəti incə idarə edilən müasir prosesdir ki, o, hər kəs üçün məcburi olan, şübhəsiz əməl edilən qaydalara tabedir. Şəhər hərəkəti hamı üçün məcburi olan qaydalara könüllü əməl etməkdən yaranır. Bu qaydaların az-maz pozucuları, müstəsna olmaqla, qaydaları bir daha isbat edirlər, qaydaların mühümlüyünü vurğulayırlar. Bunlar yüksək tribunadan, gözəllik üçün deyilən sözlər deyil. Yol hərəkatı qaydalarına əməl edilməsi, bizim hər birimiz üçün, yaxınlarımızın, qohumlarımızın, dostlarımızın, tanışlarımızın və heç tanımadığımız yaxşı insanların hərəkət təhlükəsizliynii yaradır. Şəhər, hər zaman göstərilən şəkilə oxşamasa da, burada həmişə gözlənilməzliyə yer var. Aşağıda, faydali ola biləcək bir neçə praktik tövsiyə verilir.
  • Unutmayın ki, şəhər hərəkəti daha çox mürəkkəb, intensiv və dəyişkəndir;
  • Dönüşlərdən öncə həmişə dönüş lampasını yandırın, mənim tanış "igid" kimi olmayın: o bir dəfə dedi ki, lampa siqnalı verilməsini öz "şənindən" aşağı sayır. Məncə bunun şənlə bir əlaqəsi yoxdur, ancaq kütlük, savadsızıq və tərbiyəsizlikdir;
  • Sürət hər zaman (yalnız şəhərdə deyil) yol şərtlərinə uyğun olmalıdır. Hər zaman, ancaq icazə verildiyi üçün mümkün qədər yüksək sürətlə getmək ağıllı iş deyil. Sürücü hər vaxt yol qəzasını qabaqlamaq üçün, öz hərəkətlərindən (hərəkətsizliyindən) yana məsuliyyətlidir;
  • Unutmayın ki, yol kənarında çəpər yoxsa, hər həyətdən bir uşaq qaçıb, çıxa bilər;
  • İşıqfora, sürəti azaldaraq yaxınlaşın. Yaşıl işığı görəndə, ehtiyatlılıq yadınızdan çıxmasın. Yol ayrıcının boş olduğunu gördükdən sonra keçin. Görünüşü əngəlləyən maneə varsa (misal, biz orta sıradan gedərkən, dönüşü gözləyən maşın), onun gizlədiyi yerləri görmədən keçmək olmaz. Yaşıl işıq yanıb-sönərkən tez atlayıb, keçməyə çalışmayın. Yalnız yol ayrıcının içində olarkən, yeri tərk etmək düzgündür. Unutmayın ki, arasız yanan sarı işıq da hərəkəti qadağan edir;
  • Piyada keçidinə, uşaq müəssisələrinə və başqa daha artıq diqqət istəyən yerlərə yaxınlaşmaqdan xəbərdar edən yol işarələri eyni zamanda sürətin azaldılmasını tələb edir;
  • Həyət içi yollarda, qapalı ərazilərdə, park yerlərində hərəkət edərkən ancaq sağ əl qaydası tətbiq edilə bilər – yol sağ tərəfdə gedəndədir. Yoxsa bəzi sürücülər həyətlərində "öz qaydalarını" irəli sürür. Belə ola bilməz;
  • Heç kimi siqnal verərək tələsdirməyin (səs siqnalı Qaydalarda da qadağandır), səbirli olun. Beləliklə başqalarına nə təcrübə, nə bacarıq artıra bilərsiniz, nə də bir anda yenidən tərbiyə verə bilərsiniz;
  • Təkərdaşlarınıza, piyadalara çətin anda kömək olun: qadın və ya naşı sürücü özünü itirib, bəlkə birinin əhvalı pis olub, kimsə bacarmayıb, kiminsə artıq yaşı çoxalıb...Hər şey ola bilər;
  • Deyilənlər qəza yerlərinə də aiddir. Köməyə ehtiyac qalmayıbsa, hadisəni anlamağa çalışın, gördüyünüzdən dərs alın;
  • Səfər zamanı və sonra öz hərəkətlərinizi və niyyətlərinizi təhlil edin, səhvləri aradan qaldırın.

Şəhər kənarı hərəkət

Sağ get, sağ qayıt, istədiyindən bir az gec olsa belə.

Şəhər kənarı yol Mən, orta avtomobil səyahətlərində şəhər və şəhər kənarı hərəkət arasındakı nisbəti göstərən statistik məlumat tapmadım. Düşünürəm ki, Şəhər kənarı hərəkət, şəhər hərəkəti ilə müqayisə ediləcək nisbətdədir. Hecə də olsa, şəhər kənarı səyahətlər hər sürücünün həyatında mühüm rol oynayır. Şəhər kənarı yollar, şəhər yollarından çox fərqlənir. Sürətli avto magistrallar layihələndiyi zaman bir səviyyədə olan yol ayrıcları və işıqforlar daxil etməməyə çalışırlar. Bu sayılan ünsürlərin rast gəlinməsi, zəruriyət yox, müstəsna olmaqla, bir cür güzəştdir, şəhərdən, sürətli şəhər kənarı yoluna üsulluca keçiddir. Ancaq bütün yollar sürətli deyil. Kiçik yaşayış məntəqələrini bir-biri ilə və şəhərlərlə birləşdirən İkinci dərəcəli yollar da var. Belə yollar, adətən, ən az iki şəridli və sərt örtüklü olur. Günümüzdə nadir hallarda bir şəridli yol tapmaq olar, amma onlara hələ rast gəlinir, xüsusən bir zolaqlı kənd yolları, onlar isə örtüksüz də ola bilər. Lakin onların bir ortaq cəhəti var, o da onların şəhər kənarında (ümumiyyətlə yaşayış yerləri xarinda) yerləşməsidir və bu yollar üçün YHQ-nın ayrıca maddələri aid edilir.
  • Sürət rejiminə riayət etmək mühümdür. Xüsusən tanış olmayan yerlərdə, çünki bu yerlər çox zaman, xoşa gəlməz sürpiz çixara bilər. Adətən mövcud olan sürət rejimləri, təhlükəsizlik rejimini əks edir. Lazım olanda ayağı qazdan çəkmək sürücülüyün bir ustalığıdır;
  • Öz nəqliyatınızı dözər-dözməz sınağına salmayın, heç zaman zavodun təyin etdiyi sürət, dövrlər sayı və güc məhdudiyyətlərini aşmayın;
  • Yüksək sürətlər səhvləri bağışlamır. Əmin deyilsənsə - keçmə deyilişi boş sözlər deyil. Bu, həm qarşıdan gələn, həm də arxanızca daha böyük sürətlə gələn nəqliyyat vasitəsininə qədər olan məsafənin təyin edilməsinə aiddir;
  • Müasir şəhər kənarı yoluKiçik həcmli balaca maşınlara və motosikletlərə xor baxmayın, orlar üçün süni şəkildə əngəl yaratmayın, onları yoldan sıxışdırmayın. Yol hərəkəti insan ünsiyyətinin bir növüdür. Ünsiyyət mədəniyyətinin heç kim aradan qaldırmayib;
  • Təmkinsiz maşın sürən, tərəfdən tərəfə sallanaraq gedən sürücülərlə ehtiyatlı olun. Bir dəfə edilən belə hərəkətlər, təhlükə siqnalıdır. Onların dəfələrlə təkrarı, qarşınızdakı sürücünün ya sərxoş olduğunu, ya da yuxulamaqda olduğunun aydın dəlilidir. Çox nadir hallarda başqa səbəblər də ola bilər (maşının nasazlığı və s.). İmkan daxilində yuxulayan sürücünü oyandırmağa çalışın, sərxoşa isə heç baş qatmayın. DAM-ə xəbər verin və ondan uzaq durun;
  • Başqa sürücülərə, hər hansı bir mümkün yolla yükün təhlükəli bağlandığı haqda və hərəkət üçün təhlükə yaradan yoldakı digər yanlış vəziyyətlərdən xəbər verin. Çox zaman sürücülər özləri təhlükəni görmür (və ya bilmir). Lazım gəlirsə, onlara təhlükədən qurtarmaq üçün yardı edin;
  • Qarşılıqlı hörmət və bir-birinə kömək sürücülər üçün yaxşı vərdişdir. Mən, çox zaman şahid olmuşam ki, uzaq yolçu yük maşını sürücüləri, digər yoldaşlarına (çox zaman heç tanımadıqlarına) pulsuz ehtiyat hissələr, yanacaq, yemək və su verirlər. Çox gözəl ənənədir. Siz də uzaq yola çıxarkən, yeməyi, suyu, dərman və aləti artıq götürün, çünki bəlkə paylaşmaq lazım olacaq. Hər bir İnsan yolda çətin vəziyyətə düşə bilər, necə olsa da onun təyinat yerinə gedib çatması zəruridir. Başqa cür ola bilməz. Özünüz kömək edə bilməsəniz, yardım çağırın. Adamların telefonu olmaya bilər və ya çalışmaya bilər.

Qapalı, təhlükəli yerlədən keçiş

aşırım önüYolun qapalı hissələri deyərkən, yolun, hər hansı səbəbdən, qismən və ya tamamən görünməyən bütün hissələrini nəzərdə tutacağıq, şəhər içində mi, şəhərdən kənarda mı, ya müəyyən sahənin içində, o cümlədən həyətlərdə mi yerləşdiyindən asılı olmadan. Belə yerlərə duman vaxtı və ya pis görmə şəraitində yol getməyi də aid edəcəyik. Yolun bir qismi yaxşı görünmədiyi, illahım da heç görünmədiyi zaman ilk əvvəl sürəti, tormoz yolunun artığı ilə göründüyünə qədər azaldırıq. Lazım gəlirsə - dururuq. Mümkün qədər tez, amma ani deyil, sürüşkən yolda xüsusi diqqətlə. Amma görünüş gözlənilmən qeyb olduğunda cəld tormoz qaçılmazdır. Hələ vaxtımız varsa, sürəti minimuma qədər azaldırıq ki, maneə meydana çıxdığında ani durmaq mümkün olsun. Şərtlər, digər nəqliyyatın yanından keçməyə imkan verirsə, minimum sürətlə hərəkətə davam edirik. Unutmayaq ki, YHQ təhlükəli yerlərdən keçməyi qadağan edir (dağdan daş-torpaq düşməsi, sürüşməsi və digər təhlükəli təbiət hadisələri zamanı). Son sayılanlar meydana çıxarkən, geri dönərək, təhlükəsiz bir yerə qədər gedib, DAM-ə xəbər vermək lazımdır.
Pis görüntü şərtləri aşağıdakı ümumi cəhətlərə malikdir. Yaxşı görünməyən yerin ardından gözlənilmədən digər nəqliyyat vasitəsi və bir tək deyil, insan, heyvan və yolda olmamalı əşya və s. qarşıya çıxa bilər. Amma, hər hadisənin, halın öz məziyyətləri vardır. Onlara ayrıca baxmaq lazlmdır.

Aşırım önü


Burada, yerin quruluşu çox gözlənilməzlik gətirə bilər, xüsusən dağ yeri. Müəllif öz təcrübəsində, quru dağ yoxuşundan sonra, birdən qarlı enişə keçişin şahidi olub. Bu hadisə 1996-nın aprelində, Türkiyəyə gedərkən, Şipka aşırımında, Qabrovo-Kazanlık yolunda oldu. Dağın güney hissəsində bahar çiçəkləmişdi, quzey səmtində isə 10 cm qalınlığındakı qar örtüklü qış vardı. Yay rezinli təkərlər ilə enişin nəticəsini, təsəvvür belə etmək çətindi. Ancaq, bizim bəxtimizdən, təkərlərimiz hələ qış rezinli idi. Müqayisə üçün deyim ki, enişdı Macar nömrəli, ABS-li bir maşını keçdim. Heç ömrümdə maşının cızdığı belə qəribə təkər izi görmədim. İz, təsadüfü şəkildə ətrafa yayılan diskret nöqtələrin bir-biri ilə birləşdirilməsindən doğan qırıq xətdən ibarət idi.
Yeri gəlmişkən qeyd edim ki, Fransız YHQ, görünməyən yol hissələrinə yaxınlaşarkən, o cümlədən qapalı dönüşlərə, tormoz verilməsi məcburi görür. Mənə qalırsa, bu qaydanı bütün ölkələr üçün məcburi edərdim.

Qapalı dönüş


Qapalı dönüş Qapalı dönüş (sağdakı şəkil) arxasından, dönüş önündə birini keçmək istəyən intizamsız və ya sərxoş sürücü və ya "istədiyi yerdə gəzməyə qərar verən" piyada çıxa bilər. Qapalı dönüş öz sərtliyini belə gizlədər. Açıq yerdə hər şey aydındır, burada isə sürət seçərkən və ya hərəkət parametrələri təyin edərkən səhv etmək ehtimalı var, bu da sürüşmə və aşma ilə nəticələnə bilər. Bununla yanaşı, qapalı dönüşdəki səhv, qarşı sıraya ata bilər ki, böyük ehtimalla məhz bu zaman oradan başqa nəqliyyat keçdiyi anda. Statistik məlumatlara görə, qapalı ərazilərdəki qapalı dönüşlərdə baş verən yol qəzalarının böyük əksəriyyətinin meydana gəlmə səbəbi ondadır ki, günahkar sürücü dönüşə qarşı şəridə çıxaraq, girir, "bu yolda gedən (bəlkə də dünyada) yeganə sürücü" olduğunu zənn edərək (nə qədər ağla sığmaz olsa da). Düşünürəm bunun şərhi artıqdır.

Pis görüntü şəraitində sürücülük


Pis görmə şəraiti Pis görüntü şəraitində sürücülük, o cümlədən, pis hava şərtlərində, çox təhlükəli və xoşa gəlməz olur. Amma pis hava şərtlərinə düşərkən təlaş etməyə heç gərək yoxdur. Pis görüntü şəraitində vəziyyəti təlaşla, əsəblə və ya bacarıqsızlıqla daha da pisləşdirməyə lüzum yoxdur. Pis görünüş zamanı ilk dərman (yox, gözlük, günəşdə göz qamaşdığında əvəzsiz olsa da, o deyil) təhlükəsiz bir yerdə durmaqdır. Özünü doğrultmayan riskdənsə, çətin şərtlərin keçməsini gözləyib, sonra rahatca niyyət etdiyiniz yerə getmək yaxşıdır. Pis görmə şərtlərində yol getmək üçün təcrübəli sürücülər qərar verə bilər, o da çox mühüm bir səbəb varsa. Yeri gəlmişkən deyirəm ki, günümüzdə qaranlığı bir az işıqlı göstərən gözlüklər var, tövsiyə edirəm. Pis görmə şəraitini daha da pisləşdirmək mümkündür, əgər siləcəklər işləmirsə və ya çox köhnə isə, ya əsas işıq lampaları ayarsızdırsa və ya duman lampaları yoxsa (yanmırsa). İsbat edilib ki, özünə güvənməmək və narahat əhval-ruhiyə, görmə qabiliyyətini azaldır (misal üçün, M. Norbekovun «Axmaq təcrübəsi və ya maariflənmənin açarı» kitabını oxuyun). Göstərilən qaynaqdan nəticə çıxarmaq mümkündür ki, əsas görmə beyin tərəfindən yaranır və təsdiq edilir. gözlərsə yalnız, o qədər də keyfiyyətli və aydın olmayan ilkin şəkili verir. Mənim zənnimcə, ilkin şəkilin beyin tərəfindən düzəldilmiş şəkilə olan nisbəti 30:70-dir (yəni beynimiz gördüyümüz hər görüntünün 70%-ni çəkib, tamamlayır və retuş edir). Ona görə də cənab Allahın hədiyyə olaraq verdiyi düşünmə cihazını hər cür qadağan və ya zərərli maddələrlə kütləşdirməyin

Suda sürüşmə yaxud akvaplan haqqında

Suda sürüşmə Suda sürüşmə yaxud akvaplan adlanan yol hadisəsindən bəhs etməsək, təhlükəli yerlərin siyahısı tam olmaz. Suda sürüşmə (akvaplan və ya hidroplan) – yolda yaranmış hər hansı su qatı sayəsində təkərlərin yolun örtüyü ilə olan təmasının qismən və ya tam itməsi deməkdir. Su toplanmış belə yerə girərkən, nəqliyyat vasitəsi demək olar ki, idarəsiz olur. Suda sürüşmə, yüksək sürətlə gedilərkən, təkərin, yol örtüyü ilə təmas hissəsindəki suyu alıb, uzaqlaşdırmağı çatdıra bilmədiyi zaman meydana çıxır. Nəticədə, protektorun qalan dərinliyi nə qədər az olarsa, su qatı nə qədər qalın olsa və sürət nə qədər yüksək olsa, akvaplan riski o qədər yüksək olur. Suda sürüşmə riskinin azladılmasına yönəldilmiş protektorlu "yağış şinləri" müəyyən qədər kömək edər. Ancaq suda sürüşmənin ən təsirli və ucuz dərmanı su göləyi qarşısında sürətin vaxtında azaldılmasıdır.

Dönüşlərin və dolanbacların keçilməsi

Sol və sağ dönüş bir-birinin ayna əksi deyil. Sol dönüş yolun xarici radiusu üzrə keçir, sağ dönüş isə – daxili radius üzrə. Buradan nəticə çıxır ki, eyni yolun, eyni dönüşündə sağ dönüş üçün lazım olan sürət, sol dönüşə uyğun olan sürətdən ən az dörddə bir qədər az olmalıdır. Sərt dönüşlərdə mexanik qutular üçün böyük ehtimalla başqa vites tələb olunacaq. Burada gətirilən üsullar şəhər hərəkətində də sərbəst istifadə edilə bilər. Fərqi bundadır ki, şəhərdə sürətlər yüksək deyil və sürmə texnikası bir az başqadır. Ancaq prinsip eynidir. Onun əsas məziyyəti hərəkət şəridinin öz təhlükəsizliyimiz üçün tam həcmdə istifadə edilməsidir. Yanımızda qonşu nəqliyyat olduğunda həddindən artıq hərəkətlərə də lüzum yoxdur, çünki çox cəld hərəkətləri onlar yanlış anlaya bilər, gözlənilməz təhlükəli cavab verə bilərlər. Hərəkətlərimiz yetərli qədər üsullu və eyni zamanda qərarlı olmalıdir. Döngələri asta keçirik, cəld hərəkətlərdən doğan yan sürüşmə və sərt qaz verməkdən doğan dövrəvi sürüşmələrə yol vermirik
!Əzəl başdan şərtləşək ki, maşın yarışçılarından alınan bütün üsullar, sürətli maşın sürmək üçün deyil, YHQ-a ciddi əməl edməklə, ancaq hərəkətin təhlükəzizliyi üçündür. Yollarda iti hissiyyat sevənlərə xatırladırıq ki, yol yarış treki deyil. Maşın yarışçılarını xüsusi məktəblərdə, yalnız yarış yerlərində sürməyi öyrədirlər. Yarışlar üçün xüsusi quruluşlu, xüsusi texnologiyalar üzrə layihələnmiş maşınlar yaradılır, onlar tam başqa stendlərdə sınanır və bəzən yarışçı, yarışa həftələrlə, hətta aylarla hazırlaşır. Heç kimə həyatı təhlükə altına salmağa icazə verilmir, xüsusən də başqalarının həyatını.

Sol dönüş

Sol dönüş 1 rəqəmi ilə dönüşün başlanğıcı işarələnmişdir (rəs. 1). Bu mərhələdə sürət təhlükəsizlik dərəcəsinə qədər azaldılır (motorla, gərək varsa iş tormozuyla kömək edilir). Sonra 2-ci nöqtəyə yaxınlaşarkən, mümkün qədər sağa çəkilirik, hərəkət şəridinin vəziyyəti və hava şərtləri nəzərə alınmaqla. Nöqtə 2, dönüşün bitdiyi yerdə hərəkət şəridimizin sol tərəfini gördüyümüz nöqtə kimi təyin edilir. Bu nöqtədə sol əllə tez hərəkətlə (ancaq ani deyil) sükanı o qədər aşağı (sola) çeviririk ki, dönüş nöqtəsi ilə dönüşün çıxışını birləşdirən xəyali xətt demək olar ki, düz olsun. Amortizator çox qısa bir vaxt içində bütünlüklə və ya ona yaxın sıxılaraq, mərkəzdən qaçmanın kinetik enerjisini yox edir. Və sükanı yerinə qaytarmağa başlayırıq. Hələ dönüş bitməsə belə, biz tədricən sağa döndərməyə başlayırıq. Bu üsul mərkəzdən qaçma gücünə qarşı qoyulan yaxşı əks gücdür ki, o dönüş üçün təhlükəsizlik yaradır. Dönüşün çıxışına çatan kimi (nöqtə 3) inamla qaz verərək, əvvəlki sürətimizi bərpa edirik.

Sağ dönüş

Sağ dönüşBurada da nöqtə 1 dönüşün başlanğıcını işarələyir (rəs. 2). Burada, əvvəlki halda olduğu kimi, sürət, təhlükəsizlik dərəcəsində azaldılır (motor və iş tormozunu kombinə edərək). Sonra nöqtə 2-yə çatmamış, mümkün qədər sola yanaşırıq (hərəkət şəridini və hava şərtlərini nəzərdə tutulmaqla). Nöqtə 2, sol dönüşdəkimi kimi, ancaq başqa tərəfə, yəni dönüş bitərkən, hərəkət şəridinin sağ tərəfini gördüyümüz nöqtə olaraq tapılır. Bu yerdə sağ əllə cəld deyil, tez hərəkətlə sükanı o qədər aşağıya (sağa) çeviririk ki, dönüş nöqtəsindən, dönüşün çıxış yerinə çəkilən xəyali xətt düz kimi olsun. Bu zaman yenə amortizator qısa zaman ərzində tama ya da qismən sıxılaraq, mərkəzdən qaçma kinetik enerjisini söndürür. Sonra tədricən sükanı yerinə qaytarırıq. Yenə də biz hələ dönüş bitmədən, tədricən sola dönməyə başlayırıq. Beləliklə hərəkəti nizama gətiririk, mərkəzdən qaçma gücünü yox edən əks güc, təhlükəsiz dönüş etməyə imkan verir. Dönüşün çıxışına çatandan sonra (nöqtə 3) qazı artıraraq, hesab etdiyimiz sürətə qayıdırıq.

Dolanbac yol hissəsi

Dolanbac yol Dolanbac yol hissəsi ilə təhlükəsiz getmək üçün onu maksimum dərəcədə "düzəltmək" lazımdır (rəs. 3), amma hərəkət şəridinin xaricinə çıxmamaq şərti ilə. Bu üsulu mənimsədikdən sonra, dolanbac yol hissəsini düz (və ya təxminən düz) xətli trayektoriya ilə keçmək olar, bu da tam təhlükəsizdir. Yolun sürüşkənliyindən, quru və ya yaş olmasından asılı olmayaraq, seçilən sürətlə hərəkət etmək olar, çünki trayektoriyanın düzəldilməsi yan sürüşməni aradan qaldırır.

Dönüşə səhv girərkən

Dönüşə səhv girərkən Dönüşə səhv girərkən (düzgün sürət seçilmədi, yaxud vaxtında hazırlıq görülmədi, yanlış hərəkətlər və s.) ziqzaq üsulu deyilən üsul tətbiq edilməlidir. Bu üsul, dönüşü birlikdə ziqzağa bənzər xətt təşkil edən, bir çox qısa düz xətli trayektoriyalar vasitəsi ilə keçməkdən ibarətdir. Daha doğrusu, trayektoriya, çoxbucaqlının tərəfləri şəklində alınır. Söz gedilən çoxbucaqlı üsulu belə həyata keçirilir (rəs.4): dönüşə girdikdən həmən sonra düz xətt üzrə hərəkət edərək, sürəti tormozla düşürdürük, şəridin kənarına çatanda tormozu buraxırıq, tez hərəkətlə sükanı dönüş içinə tərəf çevirərək, istiqaməti dəyişdiririk, sonra yenə, çoxbucaqlının növbəti zirvəsinə qədər düz xətt boyunca hərəkət edərək, tormozlayırıq, və çox kərə bu hərəkətləri təkrarlayaraq, sürəti təhlükəsiz dərəcəyə qədər azaldırıq ki, yuxarıda izah edilən kimi, optimal trayektoriya üzrə hərəkət edə bilək. Hər düz xətli hərəkət zamanı tormozu mümkün qədər rəvan basırıq. Şürüşkən yolda təkərlərin qapanaraq, sürüşmə ehtimalı var. O zaman şəridin kənarına qədər «sürüşdükdən» sonra qısa zaman içində tormozu buraxırıq ki, istiqaməti dəyişdirə bilək və yenidən tormozlayaq (ABS-li maşınlarda bənzərini sistem edir).
Qapat^
debug