Açar təhvili saytlar yaradılmasıAçar təhvili saytlar yaradılması Həm böyük, həm də kiçik ticarət üçün istənilən sayt. Vizit saytı mini, standart,və həmçinin qonma səhifəsi saytlarıŞəxsi sayt fərdi şəxslər və öz üzü olan şirkətlər üçün, şirkət saytı Həm kiçik, həm də böyük ticarət üçünİnternet-mağaza saytı .Məlumat saytı böyük həcmli məlumatın saxlanması və nümayişi üçün, Tanıtma saytı və Sizin üçün istədiyiniz sayt...
Array Daha geniş
Azərbaycan dilindən və rus dilindən peşəkar tərcümələrAzərbaycan dilindən və rus dilindən peşəkar tərcümələrTicarət və fərdi şəxslər üçün, təşkilatlar və dövlət məqamları üçün instənilən mövzuda bütün peşəkar tərcümə növləriPeşəkar şifahi tərcümələr: nümayəndələrin müşayəti, danşmaların və görüşmələrin tərcüməsiTexnik sənədlərin peşəkar yazılı tərcüməsi, meqavilələrin, hüquqi və mühasibə sənədlərinin tərcüməsi...
 
Bizim xidmətlərimiz

Bizim xidmətlərimiz

Tərcüməçi ilə interaktiv görüşmə

Məlumat, izahat və cavablar

Məlumat, izahat və cavablar

Tərcüməçi ilə interaktiv görüşmə
Tərcümələr haqqında

Düşüncəliəri deyil, düşünməyi öyrətmək lazımdır.


(İ. Kant)
Tərcümələr bizə yalnız hər hansı bir sənədin və ya mətnin məzmununu bilmək imkanı vermir. Onlar bizə xalqların xasiyyətini, adətlərini, ənənələrini, həyat tərzini və əlbət ki, düşüncə tərzini öyrənməyə imkan verir. Biz məmnunluqla inkişafda olan ölkələrdən yeni sözlər və ifadələr mənimsəyirik, öz biliklərimizi mükəmməlləşdiririk və,

savadlı oxumaq və yazmaq

öyrənirik. Amma, müstəsnalar da olur...
Neçə ilin təcrübəsində ilk dəfə mənə tərcümə üçün sənəd gətirdilər, mən tərcümə nədir, heç orijinalın hansı dildə olduğunu ayırd edə bilmədim. Ancaq onu dedilər ki bu uşağın tibb kartıdır. Həkimin xətti Zərrəbinlə bir neçə saatın işi nəticə vermədi. Tanış həkimin yanına getdim ki, soruşum həkim xətti necə oxunur. İkilikdə müxtəlif sözlüklərin yardımı ilə saatda birər cümlə olmaqla, güclə yazını tərcümə etdik. Proses belə gedirdi: həkim qız yazını hərf-hərf oxuyurdu, əlbət ki, bilmədiyimiz söz alınırdı, axtarılıdı. Məsələn, "qış", "sürüşkən", "yapışqanlı ilbiz" kimi sözlər tapdıq, fikirləşib, qərar verirdik kı, söhbət "selikli qişa"dan gedir v s. Mən həkim qızın yardımı olmadan bir cümləni özüm çevirdim və bundan çox qürur duydum "Uşağın ciyərlərdə peroral nəfəs müşahidə olunur". Həkim xanım belə təəccüb etdi, çox gözəl dedi. Sonra evə gəldikdə, "gözəl" cümləni anlamağa çalışdım - olmadı. Tərcümə etsək də, hələ sənədin hansı dildə olduğu tam aydın deyildi. Anladım ki, cavab axtarmaq mənazızdır. Bu xüsusi həkim dilidir. Nə latın, nə azəri, nə rus, nə də başqa dildir. Onları məxsusən belə öyrədirlər ki, heç kim başa düşməsin ki, onlar milləti necə ...lər (yumşaq söz tapmadım). Və mənim qürurla tərcümə etdiyim cümlə normal adam dilində belə yazılmalıydı:
"Uşaq bəzən ağzı ilə nəfəs alır". Bu da körpənin ciyərdərindən deyil, ağzından görünür :))) Savadlı oxumaq və yazmaq daha gözəl deyil mi?


Sözlərin mənası, düzgün yazılışı. Sözlərin etimologiyası. "Dilin varsa dünyanı gəzərsən ..."Dil hara desən aparar
(Xalq deyilişi)

Bir yoldaş (Saytımın Omsklu qonağı) axtarma sisteminə belə sual verib: "aziybarjan li bayram şəhəri" (rusca). Əlbət ki savadsızlıq böyük rəzillikdir. sovetlərin son prezidenti də "alim" adamdı, söz gələndə deyrdi ki 2 institut qurtarıb, amma vəziyyət işə bağlananda, yəni bildiyini göstərmək lazım olduğunda kollarda gizlənirdi (deyirdi ki o mütəxəsis deyil, qoy mütəxəsislər rəyini söyləsin). Onun "Azibayjan" deyilişini çoxları hələ də xatırlayır. Necə düz yazılır mən başqa dillərdə yazmışam. Azəri oxucularım üçün bunun yazılması mənasızdır.

Bir müştərim yaxşı əhval-ruyiyyə zamanı ürəyini açaraq demiş: Maa bax, mən də bir az-maz tecürməçiyəm e! Ancaq tərcürmə eliyəndə çox vaxt başqa dil çuxa bilir. Onnan mən səin yanuva gəlmüşəm. Ay əcəb eləmisən, qardaş, yoxsa Allah bilir sənin "tərcümə yaradıcılığın" nə ilə qurtara bilərdi.

Yeni sözlər və ifadələr Bu yeni sözlər və ifadələr mənim bəzi məsləkdaşlarım tərəfindən yanlış tərcümələr nəticəsində doğmuşdur.

Referma (reforma) – yeni tikintinin ferma şəklində tikilməsi və ya köhnə binadan yeni ferma düzəldilməsi Üzlü soğan (baş soğan olacaqdı) Evro xəbərlər, evro topdan, evro təmir...(avro) Terorçu - çox zaman ticarət və ya siyasət rəqibi Keşk (köşk) Bank yuvası (bank qutusu) Bokalavr – barda qədəh yuyan

Siz saytımızın mövzusu ilə əlaqədar, o cümlədən sözlərin mənası, düzgün yazılışı, tarixi, etimologiyası üzrə suallarınızı burada verə bilərsiniz.

"Dum puto - vivet"Düşünürəmsə - demək sağam
(Düşünürəmsə - demək sağam, Lat.)

Düz yol getmək ideal düz xətt üzrə hərəkət etmək deyil. Düz yolun, yerin relyefinə uyğun olaraq, məntiqi döngələri, eniş və yoxuşları vardır. Ancaq şübhəsiz ki, düz yol digərlərindən vaxt və məsafə mənasında optimal olması ilə fərqlənir. Amma ən sürətli və ideal düz xəttlə uçan düşüncələrdir. Yaxşıca düşünərək, fikrinizi düz izah edin. Müasir həyatımızda çox zaman müxtəlif adamlara müraciət edərkən "müəllim" deyirik. Hörmət əlaməti olaraq. Çox zaman "müəllim" dediyimiz adamlar zənginlər, məqam sahibləri, asılı olduğumuz adamlar və hətta bahalı paltar geymiş şəxlər olur. Savad və bilgi dərəcəsini bilmədiyimiz adama "müəllim" demək məntiq və mənaya görə o qədər də düzgün deyil. "Müəllim" yalnız işini, məsləyini mükəmməl bilən və bu bilgiləri başqalarına öyrədə bilmək qabiliyyətinə malik olan şəxslərə yaraşar. Yəni bildiyimiz təhsil ocaqları müəllimləri ilə yanaşı, dərnəklərdə, kurslarda, sənət ocaqlarında, istehsalatda, bizi öyrədənlər, idman məsqçiləri də daxil, bu sinifə gözəlcə uyur. Doğrudur, sənət müəllimlərinə münasibətən "usta" müraciəti də istifadə oluna bilər.
Dilimizdə hörmət bildirən digər kəlimələr də vardır. Arxamızda qalan sovet rejimi bizə onları unutdurmağa çalışsa da, şükür unutmadığımız cənab, bəy və s. sözlər var. Müəllim, cənab ya bəy - hansı müraciət daha düzgündür?
Müəllimlər qrupunu yuxarıda saydıq.
Zənnimcə, yüksək məqam sahibləri, müdirlər və nadir hallarda "paltar geyənlər" üçün "cənab" müraciəti düzgündür.
Zənginlər, şirkət sahibləri və bəzən "paltarlılar" üçün "bəy" kəliməsi istifadə edilə bilər. Amma qeyd edək ki, "paltar-qumaş" sahiblərinnə edilən müraciət tam şərtidir. Onların əsil mahiyyətini bilənə qədər. Mahiyyət imkan verməsə, dərhal onlara peşin ödəmə keyfiyyətində verilmiş olan müraciət dəyişdirilməlidir. -)
Sənətkarlar arasında öz işini çox mükəmməl bilən şəxlərə - söz ustalarına, rəssamlara, memarlara, musiqiçilərə və digər incə sənət ustalarına "ustad" kəliməsi tətbiq edilə bilər.
Geri qalan "Maestro", "Master" (Yaponlar bu sözü çox sevir), "Doktor" və digər dar sahələrdə işlədilən kəlimələr yerinə görə istifadə olunmalıdır.
Düşünürəm "Hansı müraciət daha düzgündür" sualına cavab tapmaqda bu yazıdan faydalana bildiniz.
Reklam nə demək?
Tez-tez mi düşünürük reklam nə deməkidir? Zəmanəmizdə reklam elə həyasızcasına və yapışqan kimi hər dəliyə girməyə çalışarkən, insanlar ona fikir verməməyə, əlbəttə ki onun mahiyyəti haqqında düşünməməyə çalışırlar. Reklam binadan qazanc xatirinə bizə gərək olmayan şeyləri satmaq cəhdində olan Bu kimə lazımdır?cibgirlərin uydurmasıdır. Çünki, lazımlı şeyin reklama ehtiyacı yoxdur. Bizə lazım olan şeyi harda varsa taparıq və alarıq. Almayın desələr də. Burada isə tərs haldan söz gedir. Mənim zənnicə

reklam zorlamanın bir növüdür

. Nə şəkildə olursa olsun. Məsələn, poçt qutularını zibil məktubları ilə dolduran əxlaqsızlar, heç bilir mi onların "təklifləri" necə istifadə olunur? Və ya şəkildəki reklamın başa əngəl sahibləri əcəba nə yazdıqlarını tam anlamışlarmı (şəkildə maşın yuma yerinin altında "Gözəllik salonu" yazılıb)? Onlar öz "məhsullarına" heç olmazsa bir dəfə kənardan ayıq baxmışlar mı?

Baş səhifəBaş səhifəyə

debug