Evi sıfırdan özümüz tikirik

Özümüz tikirikÖz əllərimizlə ev tikmək kimi maraqlı iş tapmaq çətindir! Bütün işlər - layihələndirmə və bünövrədən dama qədər inşaat .
Biz artıq ərazini işarələdik. Əgər giriş bölümünü oxumadınızsa indi oxuya bilərsiniz. Sonra

evin yerə bağlanması

tələb olunur. "Evin yerə bağlanması" anlayışı - evin konturunun yerdə bir-birindən 1-1,5 m. aralı və evin gələcək divarlarından 1 m. uzaqlıqda çalınan çubuklarala çəkilməsi deməkdir. Yerə bağlamanı bütöv hasar kimi də düzəltmək və ya çubukları bir-birinə iki sıra iplə bağlamaq olar.
Sonrakı etap bağlantının içində

çayırın təmizlənməsi

və torpağın hamarlandırılmasıdir. Beləliklə evin "sıfır" səviyyəsini qeyd etmiş oluruq. Gələcəkdə layihədə və ya yerdə işarələrin hamısı bu "0" səviyyəsinə nisbətən göstəriləcəkdir ("+" və ya "-" işarəli). Bünövrə "sıfır"dan aşağıda yerləşir. Bünövrə işləri də işaatda "sıfır mərhələsi" adlanır. Ümid edirəm bu iki anlayışı qarışdırmadıq. İşdi qarışdırsaq, bir yerdə həll edərik.
Sonrakı mərhələdə öz əllərimizlə ev tikmək üçün bağlantıya istinad edərək,

bünövrənin cizilməsi

və qazılmasıdır. Zirzəmi, qazma və digər yer qatlarını unutmayın. Layihədə varsa, onlar indi qazılmalıdır. İnşaatın gedişində, istənilən mərhələdə layihəyə dəyişiklik edilməsi zəruriyyəti meydana çıxa bilər. Bu adi haldır. Amma təmbəllik etməyin, dəyişikliklərin hamısını kağıza (kompüterə) köçürün, çünki dəyişikliklər, böyük ehtimalla başqa mərhələlərə də toxunar. Belə lazımlı ehtiyat tədbiri Sizi gələcəkdə böyük uyuşmazlıqdan qurtarar.
Sonra təməlin hazırlanması -

bünövrənin tökülməsi ya hörülməsi

, o cümlədən alt qatların divarlarının qoyulması gəlir. armaturu öz gücümüzlə düzəldirik
Rəs. 1
Divarların hörülməsində kərpic, daş, hazır bloklar istifadə edilər, ya da bünövrə betondan tökülə bilər. Bütün gösətilən materialları kombinə edə bilərik. Geyd edək ki, söz bünövrədən gedir, onun möhkəmliyindən bütünlüklə binanın talehi asılıdır. Bünövrənin tökülməsi ya hörülməsi, hesabların aparılmasında, materialların seçilməsində və işin icrasında böyük məsuliyyət tələb edir. Bünövrə divarları hörərkən daşdan və sərt kərpicdən istifadə edin. Beton qarışımını bünövrə reseptinə tam uyğun hazırlayın. Bu işdə "gözə yarı" dəyərləndirmələrə xüsusən yol verilə bilməz. Bünövrəni ozünüz tökərkən bünövrə bloklarının tərkibini yaxşıca öyrənin, hər tökümü armatur və/ya daşlarla bərkidin.
Armaturun çox böyük miqdarda müxtəlif növləri var. Onlar markalanıb, siniflənib və istənilən, kiçik-böyük şəhərdə sərbəst satın alına bilər. Biz hazır armatur almaq imkanı armaturu öz gücümüzlə düzəldirik
Rəs. 2
olmayanlara, necə armaturu öz gücümüzlə düzəldirik mövzusunun əsas nöqtələrini ələ alaq. Ən geniş yayılmış armatur çubuğu 12 mm çapında və üstü dalğalıdır. (Çubuqların işarələnməsi А240, А300, А400,...(köhnə işarəsi А-I, А-II, А-III...) А 240 (А–I) - bu hamar dəmir məftildir. Rəqəmlərdən sonrakı "С" hərfi, bu armatur çubuğunun elektriklə qaynaq edilməsi mümkündür deməkdir, "К" hərfi gərginlik altında çatlamağa dayanıqlılığı göstərir. Əgər biz

armaturu qaynaqsız bağlamaq

istəyiriksə, ev şəraitində adətən belə olur, o zaman göstərilən hərflərin əhəmiyyəti yoxdur. Çubuq üzərindəki dalğaların əsas növləri halqa şəkilli, oraq şəkilli və ya ikisinin kombinəsidir. Mürəkkəb, böyük ağırlığa məruz qalacaq ortü və bloklar hazırlamağı düşünənlər armatur istifdəsinin xüsusiyyətləri ilə yaxından tanış olmalıdır. Adi hallarda А 300 (А–II) və ondan yüksək armarur sinifi bizim işimizə yarayır. Armaturun bağlanması üçün çapı 1.2 mm-dən az olmayan yumşaq məftil istifadə edilir. Armaturun "çarpazına" halqa və ya "U" şəkilli hazırlanmış parça qoyaraq, xüsusi qarmaqla (rəsim 2) və ya kəlbətinlə burub, sıxırıq. Bağlamaq yerinə sadəcə plastik sıxacları ilə də sıxmaq mümkündür. Ancaq məftil daha tərcihlidir. Həmçinin xüsusi armatur sancaqları da mövcuddur. Bağlanmış armatur torunu (barmaqlığı) xüsusi dayaqlar üstünə (foto 1) və ya özümüz düzəltdiyimiz 30х30, 30х40 ölçülü profil borularından kəsilmiş, tələb olunan yüksıklikdədi altlıqlar (hətta daş da yarayar) üstünə qoyulur.
Mürəkkəb şəkilli

armatur şəbəkəsi toxuyarkən

də yuxarıda təsvir edilən prinsip saxlanılır. Bununla armaturu öz gücümüzlə düzəldirik
Rəs. 3
yanaşı əlavə alət və əllə düzəldilə bilən profil tipləri tələb oluna bilər. Məsələn, divarla bünövrə arasındakı beton qatı (kəmər) üçün lazım olan karkasın hazırlanmasında, 4 mm və daha qalın çaplı məftildən gərək olan sayda düzbucaq bağ dayaqları düzəldirik (hər 40-60 sm-dən bir bağlanması hesabı ilə). Şəbəkənin bitisık/kəsişmə yerləri yuxarıdakı kimi bağlanıb, bərkidilir. Ancaq üç ölçülü bağlara məxsus olan çətinlik dərəcəsi əlavə olunur. Düşünürəm, iki ölçülü texnolojini mənimsəyən arxadaşlar, üç ölçülüyün də öhdəsindən gələr. Şəkil 3 də şəbəkə toxunmasının sxemi göstərilmişdir. Rəsmin çıxarılan böyütmələrində dördbucaqların birləşim yerləri ayrca göstərilmişdir. Təcrübədə bir dəfə burmaq bəs olar.

Baş səhifəBaş səhifəyə

debug