Avtomaşına qayğı, xidmət və təmir
Maşın həvəskarlarına çilingər işi və təmirat haqqında
Təmir etmək olar, əgər obyektin təmiri mümükünsə
Məqalə maşını həm də təmir etməyi sevən həvəskarlar üçün nəzərdə tutulmuşdur. Əlbətt ki, adamınÖz əlləriylə avtomobili təmir etmək
üçün müəyyən çilingər qabiliyyəti lazımdır. Kimin təcrübəsi azdırsa, bir az mütaliə edə bilər (məs., master.znay.net/raboty_po_metalu/slesarnye_raboty). Həvəsdən və vaxtdan danışmırıq, çünki təmir etmək istəyən adamda hər iki təşkiledicinin olduğunu qəbul edirik. "Qayğı" və "xidmət" anlayışlarını təyin edək. Öz mahiyyətinə görə onlar eyni mənalıdır. Mənim zənnimcə, "qayğı" daha çox maşının təmzlik və qaydasında tutulması üçün uyur, "xidmət" isə artıq kiçik təmirat elementəlin daxil edir (ТX, yağ dəyişmə...).Saytımızda Siz, öz əlləriylə avtomobili təmir edənlərə, qayğı göstərmək və xidmət etmət haqqında çox təcrübəli sürücülərin təmirat məsləhətləri, metodik tövsiyələni oxuya bilərsiniz. Əvvəlcədən xəbərdarlıq edirik ki, saytda biz ban (kuzov) təmir məsələlərinə toxunmağı planlaşdırmırıq. Bu ayrı mövzudur, xususi bilik və bacarıq tələb edir (heç olmazsa qaynaq işi) və həm də ona görə ki, bu işlərin ev şəraitində görülməsi çətindir.
Biz çilingər və ümun təmirat işlərindən bəhs edəcəyik. Növbəti səhifədə təmir üçün lazım olan ən zəruri alətlərin və avadanlığın siyahısı verilmişdir. İmkan daxilində alətlərin istifadə qaydaları, xüsusiyyətləri haqqında, həm də onlar vasitəsi ilə görülən işlər haqqında danışacağıq. Eyni sözlər maşın üçün qayğı və xidmətə də aiddir (qayğı, xidmət və təmir bir-birinə bağlı olduğu üçün). Qayğı, xidmət və təmir biri birinə bağlı olduğu üçün. Qeyd edək ki qayğının gündəlik, mövsümlük (yay-qış) və xüsusi növləri var. Son növ müəyyən hadisə ilə əlaqədar olaraq və yaxud könlün arzusu ilə edilə bilər.
Öz əlləriylə avtomobili təmir edənlər və etmək istəyenlər üçün aşağıda əsas alət və avadanlıq növləri, alətlərin istifadə qaydaları, xüsusiyyətləri göstərilir.Davamını oxuyunMaşının təmiri üçün alət, avadanlıq
Peşəkar təmir üçün çox şey lazımdır. Ancaq bu məqalə həvəskarlara yönəldilmişdir və alətə olan tələblər də qənaətcil olacaqdır. Şəxsi qarajda qaldırıcı quraşdırmaq çətindir, amma çuxur zəruridir.- Ən az iki müxtəlif çəkic, onlardan biri 800 g-dan yüngül olmasın;
- Biri yastı, montaj qolları;
- Çətin işlər üçün böyük qollu burulqac;
- Ucluqları altıbucaq və ulduz olan burulqaclar, çin maşınları həvəskarları üçün əlavə üçbucaq ücluqlar;
- Düz və ulduz uclu, müxtəlif ölçülü, tornavidalar;
- Əlavə olaraq zərbəyə qayanıqlı düz tornavida;
- Metal kəskisi və işarələyən;
- Böyük məngənə (min. 100 mm) və çox kiçik;
- Müxtəlif ölçülü və şəkilli yeyələr və metal mişarı;
- Müxtəlif bülöv daşları;
- Çox miqdarda zımpara kağızı No 0 dan 5-6-ya qədər;
- Səyyar çuxur lampası;
- Vida-somunlarda diş açan dəsti – heç olmazsa minimum şəkildə;
- Müxtəlif troslar, çəkici kanatlar;
- Lehim lampası və ya qaz isiticisi;
- İtiləmə çarxı, sabit yerdə olsa daha yaxşı;
- Ucu açıq açarlar 6mm-dən 36mm-ə qədər;
- Eyni ölçülərdəki yuvarlaq başlı açarlar. Kombinə edilmiş iki başlı açarlar əla variantdır;
- Açar baslıqları dəsti 5mm-lə 36mm arası. Bir neçə növü tərcihlidir: 13 mm-ə qədərki kiçik ölçülər təkrarlana bilər, qol ucu 1/4" və 1/2" olmaqla, əsas qol ucu isə 1/2" və 3/8" ölçülü ola bilər;
- Əlavə olaraq yuksək başlıqların və köhnə vidaların açlması üçün olanlar da yerinə düşər. Bu son növ başlıqlar heç olmasa 13, 14, 17 и 19 mm ölçülərində olsun;
- Çeşidli pense, sıkaclar, sökmə aletleri, ihtiyaca görə;
- Kriko;
- Bucurqat;
- Çox çeşid ucluqları olan dəlik açan, cilovlama/ təmizləmə üçün olanlar daxil;
- Güvəniləcək müxtəlif hündürlüklü dayaqlar;
- Təkər altı"başmaqlar" metal daha yaxşı; Bundan başqa:
- Müxtəlif boltlar, vidalar, vintlər, özü yiv açan vintləri, adi və yaylı şayba, çox miqdarda. Nə qədər çox olsa (həddini bilməklə), o qədər yaxşı;
- İş paltarı, əlcəklər, qoruma vasitələri.
Əlbəttə, başa düşürsünüz ki, biz burada sayılan maşının təmiri üçün alət, avadanlıq yalnız onların ən lazımlı və ucuz olanlarıdır. Geri qalanı zövq və imkandan asılıdır.
Sual mı qaldı? Bizə yazın