Bu nə ola bilər?
Tapmaca sözlər vəya hərəkətlər
Mövcud olmayan çıxış mı?
Lövhədə rusca "Ehtiyat çıxışı" yazılıb, onun altına da əllə "Çıxış yoxdur" yazıblar. Bu lövhə, hər şəhərdə minlərcə bənzəri olan ofislərdən birində asılmışdır. Müdirlər buraya siqaret çəkməyə gəlir, müştərilərin gözündən uzaq. Allah göstərməsin, bir hadisə baş versə, uzağa qaçmaq lazım deyil. Onlar qapı açarının harada olduğunu yaxşı bilir, bəlkə də elə açar ciblərində. Demək ki, onlar əldə qayırma lövhəyə heç də inanmırlar. O zaman, görünür ki, klassik xalq aforizmi:
Çıxılmaz vəziyyətdən çıxış yolu onun girişindədir
yeni məna almağa başlayır: Çıxılmaz vəziyyətdən en az bir çıxış yolu var, onun girişində.
Dünya cəmiyyətləri çaşıb, qalıb: kənd afişası hansı dildədir?
"Çəkməli pişiklə" "Yarasa" arasındakı ortalaçdırılmış nağıl qəhrəmanı və yaxud kim bilir nə.
Həm də "Çıxma, yoxsa peşiman olarsan " lövhəsinə nə qədər bənzəyir! Və əlbəttə ki, Zorro haqqında çəkilmiş gözəl film sisliləsinin yaradıcıları qarşısında üzr istəmək lazımdır. Xüsusən də baş rolun ifaçısı Antonio Banderas qarşısında: əsərin bu qədər öz başına şərhi və savadsızlıq üçün...
Ufacıq bir şəhər evinin zirzəmisində bu qədər "könül sevindirən xidmət": kompüter təmiri, cib telefonu, şəmsiyyə, və s. və s, bundan əlavə maşın ehtiyat hissələri.
Rəsmin aşağı hissəsi görünmürdü, çünki çox uzaqdan çəkilmişdi. Ona görə mən onları bərpa etməli oldum. Şübhə etməyin, orijinalda bunlar hamısı vardı, yalnız bunlar deyil! Bu il maşAllah, qış çox qarlı olub, uzaqdan bundan yaxşı çəkmək mümkün deyildi. Beləliklə, şəkil orijinal haqqında tam təsəvvür yaradır. Çəkməçi kompüter təmir edir vəziyyəti ən maraqlısıdır. Siz demək istəyirsiniz ki, orada bir neçə usta olmalıdır, elə mi? Mən də istərdim. Amma, təəssüf ki, elə deyil. Bir gün boş vaxtımda məxsusən gedib, baxmışam. "O" orada təkdir. Kimə ya nəyə acımaq lazım olduğunu özünüz təyin edin. :)
Doğrudan mı GUM çıxılmazdadır?
Minskin ən böyük ticarət mərkəzlərindən biri, dövlət universal mağazası (ruscası ГУМ) reklam-hədiyyə torbaları düzəltdirib. Onların üstündə (şəkildə) latın hərfləri ilə internet ünvanlarını yazmışlar: gum.by. Sözün kökü "gum" ingiliscə "saqqız" və ümumiyyətlə "rezin, qatran" mənasına gəlir. Sözlərin yerini dəyişdirsək, "by gum" ifadəsinin mənası "VAllah!"-dır (hərfi mənada "saqqıza and olsun!"). Və təsadüfən, yabançı müştəri satış rəhbərindən soruşsa, məsələn, "qadın paltarları şöbəsi haradadır?" Belə cavab alardı "up a GUM" (guya ki GUM-da, ancaq yuxarı mərtəbədə). Əslində isə bu kəlimələr ingiliscə "çıxılmaz yolda" (kor dalanda) mənasını verirdi! :==)
İndi aydın olur ki, nədən başqa ölkələrdə GUM mağazaları yoxdur.
Necə böyüklər pişikləri təhqir etdilər?
Yox pisik kimilər ailəsi heç zaman belə təhqiri qəbil etməz! Heç olmazsa, desəydilər inək, timsah, at, dəvə, ancaq köpək yox! Pişik şəkilləri üstündə iki dildə "it koleksiyası" yazmışlar (Böyüdülür). Zavallı heyvanlar, o qədər hirslənib ki. Bunun axırı necə olacaq, bəlli deyil. Siz yəqin bilirsiz, erkək pişiklər necə hirslənə bilər! Hələ dişilərini demirəm. Hadisənin gedişini izləyək. Mən işə gedəndə, gördüm, bölgə pişikləri həmin köşkün ətrafına toplanırdılar. Doğrudan da, pişik mi, it mi bilmək, çox mu çətindir? Bu işdə "tapmaca" görən ancaq böyüklər ola bilər. Uşaqlar bu qədər biabır olmazdı. Böyüklər, sizdən soruşuram: Siz böyüdünüz ya hardasınız?..