Evin eşik işlərinin görülməsi: nəzəriyyə və təcrübə
Nədən başlayaq? Əgər evin divarlarını hörərkən tikinti meşələri almamışsınızsa, evin eşik işlərinin görülməsi onlarsız mümkün deyil. Bunlardan başlamaq lazımdır.
Tikinti meşələri
ciddi zavod istehsallı olmalıdir (lazımlı şəraitdə hazırlanmayan meşələr dayanıqlı və təhlükəsiz olmaz). Standart metal meşələr olçüsu 1х2х3 m. (eni, hündürlüyü, uzunluğu) olan oyuqlardan (gözlərdən) ibarətdir ki, bunun da 6 m² sahə tutduğu aydındır. Tək oyuq üçün 2 dayaq lazımdır, bir neçə bitişik oyuqlar üçün onların sayından bir artıq sayda. Bunu bilərək, müəyyən sahəni əhatə etmək üçün nə qədər dayaq, uzun dirək, taxta lövhə və digər hissələrin tələb olunduğunu hesablamaq çətin olmaz. Söz gəlmişkən deyim ki, meşələr ev içi işlərdə də müvəffəq istifadə edilə bilər.İnşaat təsisatı qurularkən istehsalçının təlimatlarıdan və inşaat norma və qaydalarından ibarət olan
inşaat avadanlığının qurulması qaydaları
və iş təhlükəsizliyi qaydalarına əməl edin. Meşələr mütləq evə anker vidaları ilə, qarmaqlarla və ya sığorta kəndirləri ilə bərkidilməlidir.Təsisatın sökülməsi
üçün də inşaat avadanlığının qurulması qaydaları istifadə ediləcək, ancaq tərs ardıcıllıqla.Dam altlıqlarının qapadılması
. Kim bilmirsə, söhbət damın bitdiyi yerlə divar arasındakı açıq yerlərdən gedir. Dam altlıqlarının qapadılması taxta ilə ola bilər, sonradan plastiklə örtülə də bilər.Suvaq vurulması
. Materialları şeçməkdə, əgər Sizin təcrübəniz azsa, hər bir satıcı kömək edə bilər. Suvağın vurulması texnikası adətən torbasının üstündə yazılır. Sizə bir neçə mala növü lazım olacaq. Onlardan ən mühümləri suvaqçı malası, divarçı malası, süngerli mala, hamarlama malası və bucaq malasıdır. Onların paslanmaz poladdan olması məsləhətdir. İlk təcrübəni balaca sahədə aparın ki, lazım olsa yenidən düzəldilməsi çətin olmasın. Öyrənmək üçün çox vaxt lazım olmamalıdır. Suvağın ümumi istiqaməti yuxarıdan aşağıya olmaqla, ancaq hər səviyyə üzrə aşağıdan yuxarıya çəkilir. Qövs şəkill və sağa-sola hərəkətlər mümkündür. Təzə qurumuş (amma həddindən ziyadə deyil) suvaq hamarlama malası və ya böyük dənəli pas kağızı ilə yaxşıca hamarlanır.Kürk çəkilməsi
. Nəzərdə tutulmuşsa, kürk suvağın üstünə çəkilən əlavə təbəqəyə deyilir. Suvaqda olduğu kimi materialın seçilməsində satıcının köməyinə ümid edə bilərsiniz. Vurulması texnikası da bənzərdir. Amma ideal kürk relyef rəsmi olan yuvarlaq firçalarla (rollarla) vurulur.Elektrik telinin evə girişi
suvaq (və vardıysa, kürk) işləri bitdikdən sonra həyata keçirilir. Layihəyə görə, müəyyən yüksəklikdə evin divarında dəlik açılır, divara qarmaq asılır, kabelin trosu (ya özü) qarmağa bərkidilir. Elektrik telinin evə girişi zamanı metal xortumlarının istifadəsi üstünlük verər. Dəlinən yer qaydaya gətiriləndən sonra meşələr söküləbilər. Elektrikin evə girişi yer altından da ola bilər.Yağış sularının axıdılması sistemi, yer altı təsisatların evə çəkilməsi (su şəbəkəsi, qaz, kanalizasya və s.) də evin eşik işlərinin görülməsi mərhələsinə aitdir və bunlar layihə üzrə tələb olunan texnologiyalara riayət etməklə inşa edilir.