Ağac üzərində oyma

Çox illik təcrübə Sizin diqqətinizə müxtəlif
Ağacdan yonulmuş əşyalar
nümunələri təqdim etməyə imkan verir.- İnteryeri bəzəmək üçün ağac oyma işlər: çərçivələr, panno, ev və həyət üçün heykəllər. Divarları, nərdivan yolunu, yataq otaqlarını, salonları, uşaq otaqlarını, oyun meydançalarını, dincəlmə yerlərini, qonaq otaqlarını bəzəmək üçün ünsürlər.
- Ağac oyma işləri üçün fərdi sifarişlər verilə bilər. Məişət əşyaları, heykəl, bəzək əşyaları, müxtəlif layihələr, bütünlüklə ağacdan və ya ağac istifadə edilməklə düzəldilmiş maketlər.
Bizim oxucularımızı işlərimizlə tanış etmək üçün biz əl işləri nümunələri sərgisi təşkil ettik. Burada bizim ağacdan yonulmuş əşyalar və digər əl işlərinin ən gözəl nümunələrini toplamışıq. Siz elektron poçta ilə məsləhət ala bilərsiniz və ağacdan yonulmuş əşyalarımız üçün sifariş verə bilərsiniz. Təzə başlayanlar üçün ilk məsləhət pulsuzdur.
Sonrakı addım alətlərin seçilməsi olar. Əlbəttə, ikinci yerə ağac seçilməsi qoyula bilərdi. Yox, alətlər əvvəl gəlməlidir. Nə üçün – izah edim. Məsələ bunadır ki, Siz ağacı necə oyacaqsınız əsasən alətdən asılıdır, ağacdan deyil. Məlumdur ki, hər ağacın öz xassələri, quruluşu, liflərinin yönü, bərkliyi var, və s.
Yaxşı alət istənilən ağacla işləməyə imkan verər. Bəs pisi? Pisi ilə işləməsəniz yaxşıdır. Başlanğıc etapda istənilən həvəskar alət dəsti yarar. Amma diqqət edin ki, linoleum kəsərləri də var. Onları qarışdırmayın. Peşəkar sənət üçün çox böyük miqdarda alət lazım olacaq, o cümlədən özünüz düzəltdiyiniz alətlər. Bəli, öz əlimizlə, hər ustanın tələblərinə cavab verə biləcək nadir kəsərlər düzəldə bilərik. Mağazada onlar yoxdur. Bəzi ustaların öz dəmirçi sobaları var, bəziləri kirə tutur. Çünki, yaxşı alət düzəltmək üçün polad markası və işlənməsi üsulu çox mühümdür.
Nəhayət, alətin itilənməsi haqqında. Bu günlük işin ayrılmaz hissəsidir. Yaxşı itilənməmiş pahalı alət belə heç şeyə yaramaz. İtiləmə disk dəsti olan itiləmə dəzgahı lazımdır. Bülöv diski mütləq olmalıdır.
Ən nəhayət ağacın özünün seçilməsi. Dediyimiz kimi yaxşı alət hər ağac üçün yarayar. Başlanğıcda oyma üçün istifadə edilən ixlamur (lipa) ağacı seçilə bilər. Yaş ağac daha yaxşı kəsilir. Amma qurutma problemləri ola bilər. Saxlama şərtləri düzgün olmasa, əşyalar çatlaya, qarala bilər, və s. Əlbəttə heç kim bunu istəməz. Çox qurumuş ağac da çətin kəsilir. Çəmini tapmaq lazımdır. Ona görə qızıl ora daha məsləhətlidir.
Təhlükəsizlik texnikası axırıncı yerdə olmamalıdır. Yaxşı kəsər adı mətbəx bıçağından dəfələrlə kəskindir. Ona görə də təhlükəsizlik tələbləri çox vacibdir. Böyük materiallar mütləq sıxaclarla masaya bərkidilməlidir. Metal üzərindəki iti qabarıqları ağac və ya plastiklə örtün. Kiçik parçalar yalnız əldə tutula bilər. Çalışarkən çox güc istifədə etməyin. Hərəkətlər asta və qaydasınca olmalıdır. Alətin kəsilən parça xaricinə çıxmasına imkan verməyin. İlk etapda, hələ vərdişlər yaxşı mənimsənmədiyi halda alətin qaça biləcəyini nəzərə alaraq, ona yer saxlayın. Yəni yardımçı əlinizi, xüsusən barmaqlarınızı "alətin qaçma yollarından" uzaq tutun.
