Bağ sahəsinin landşaft dizaynı

Landşaft dizaynı
  • landşaft dizaynı nə deməkdir?
  • Landşaft dizaynı ev inşaatında və həyətin gözəlləşdirilməsində artmaqda olan məna almaqdadır. Onun sifarişçiləri zəngin adamlar və yainki bədii zövqlü olanlardır. Landşaft dizaynı bağçada

    üç ölçülü rəsim

    adlandırıla bilər. Onun şəkilləri və imkanlarının sonsuz olduğu aydındır. Təcrübəli dizayn ustasının köməyi ilə sahədə dağlar, göllər, meşələr əmələ gələr, çaylar axar, fontanlar vurar! Balaca sahə böyüyər, böyük sahə daha gözəl və cazib olar, zənginləşər. Düşünürəm, deyilənlərin ilkin qoyulan "

    landşaft dizaynı nə deməkdir

    ?" sualına cavabdır.
  • Bağçanın gözəlləşdirilməsi

  • İlk növbədə söhbət bütün sahənin planlaşdırılmasından gedir, lazım olan ünsürlərin təyini və yerləşməsindən gedir.
  • Bağça və bostanın yerləşdirilməsi

  • Ərazinin bitki örtüyü ilə sahə memarlığı bir-biri ilə vəhdət təşkil etməlidir. Bir-birini tamamlamalı və bir bölümdən o bir bölümə rahat keçid olmalıdır.
  • Istirahət və əyləncə yerləri

  • Eyni səliqə ilə istirahət və əyləncə yerləri meydançaları planlaşdırılır. Bir də ki həm uşaqların, həm böyüklərin marağı qorunmalıdır. Böyüklər, əsasən də cavan ailələr uşaqlardan çox əylənməyi sevirlər. Amma oyuncaqları fərqlənir. Böyüklər və kiçiklər üçün əyləncə yerlərinin müvəffəq yerləşdirilməsi (uşaqların böyüməkdə olduqlarını unutmayaq) planlaşdırma və dizayn ustalığıdır.
  • Təhlükəsizlik

  • Bütün təsisatlar diqqətlə planlaşdırılmalı, onların güvənliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hesablar elmi cəhətdən düzgün aparılmalıdır. İti qabarıqlar, tarazlığı az olan və sürüşkən elementlərdən imtina edin. Yüksək sürətli atraksionların planlaşdırılması lazım deyil. Tikilən bina və təsislərdə təhlükəli yerlər olmamalıdır. Az sürətli əyləncələrin (yelləncək, dolanbac v s.) iş və təhlükə tormoz sistemləri olmalıdır. Yüksəklik, nərdivən, qala və basqa tikililər uşaqların sallanaraq yıxıla bilməsini əngəlləməlidir, dəstəkləri, çəpərləri və sə olmalıdır.

Baş səhifəBaş səhifəyə

debug