Любые сайты под ключСоздание сайтов под ключ Любые сайты для бизнеса - большого и малого. Сайты визитка мини, стандарт, также сайты посадочная страница Персональные сайты для частных лиц и фирм со своим лицом, корпоративные сайты для малого и большого бизнеса Сайты интернет-магазин Информационнне сайты для хранения и показа большого объеема информации, промо-сайты и любые сайты для Вас...
Создание сайтов под ключ Подробнее
Профессиональне переводы азербайджанского языка, турецкого языкаПрофессиональные переводы восточных языков и европейских языков Любые виды профессиональных переводов для бизнеса, частных лиц, организаций и государственных структур на любые тематики. Устные профессиональные переводы: сопровождение делегаций, переводы переговоров и встречи. Письменные профессиональные переводы технической документаци, переводы договоров, юридической и бухгалтерской документации...
Профессиональне переводы азербайджанского языка, турецкого языкаПодробнее

İnşaat, dizayn, yaxşılaşdırma, təmir

Özümüz tikirik

Tikintiyə nədən başlamalı?

Tutalım ki, Siz ev tikmək üçün ayrılan sahənin xoşbəxt sahibi oldunuz: mövsümlük (bağ evi) və ya əsas ev. Yəqin ki yerli hakimiyyət orqanının, ev tikmək üçün verdiyi icazə (qərar) əlinizdədir. Əgər Allah gösətməsin, belə deyilsə, gerisini oxumayın. Əvvəcə gedin ərazi haqqlarını qaydaya salın. Sonrakı addım torpaq haqqlarının möhkəmləndirilməsi - qərarın kağızdan "torpağa" köçürülməsidir. Texnik inventarizasiya bürosunda (Dövlər reyestrində) ərazini Qeyd etdirmək lazımdır (TİB). Torpağa pasport alınmalıdır, əslində bu məziyətinə görə başqa bir kağızdır, amma onun üstündə yerin nəzəri parametrələri deyil, gerçək ölçüləri (onlar arasında fərq ola bilər) vardır. Bu sənəd Sizin ərizənizlə, yer ölçmə işləri aparıldıqdan sonra verilir. Gələcək gonşuların bu işdə iştirakı çox mühümdür, xüsusən, Siz ev tikənlər kollektivinə (kooperativ, birlik və s.) sonradan qatılırasız. Şəxsi təcrübə göstərir ki, mütləq bir mədimazar qonşu tapılacaq ki, deyəcək "orada ölçmürsünüz və ya düz ölçmürsünüz". Rəsmi dövlət məmurunun ölçmə işlərini görən mədimazar daha "həmişəlik" susar (heç olmazsa bu mövzuda).

İnşaatçinin alət və avadanlığı ixtisasından (təcrübəsindən) və görüləcək işlərdən asılıdır. Amma mütləq çəkic (böyük, kiçik), gürz, bağça beli, kürək, balta/kərki, mişrlar (dəyişən uclu da ola bilər), metal kəsən, dəmir qıran, kəlbətinlər, dələn, şurup taxan, otverkalar, qayka açarları, benzinli mişar, səviyyə (zərbəyə dayanıqlısı daha yaxşı), yeyə, rəndə, bağ və təsərrüfat biçaqları, kova, mıx və mıxçalar, şuruplar və s. olmalıdır. Elektrik genertorunun çox faydası var (imkanı olnalar üçün). Biz burada yalnız əsas Alət və Avadanlığı saydıq.

Sonrakı addım bütün sahənin və o cümlədən ev inşaatı yerinin işarələnməsidir. İmkan və həvəs olduğunda bu işi hər hansı bir inşaat və layihə idarəsinə (onların adında mütləq "hidro-torpaq", "hipro-layihə" və s. olacaq) həvalə edə bilərsiniz. Yox əgər istəməzsə, o zaman cürətlə metrə və beli əlinizə alın və keçin qabağa. Nə qədər istəsəniz də, gözəl hasarın vaxtı hələ gəlməyib. Hasar, torpaq işləri 100%, ev-divar işləri 50-60% olmayınca qoyula bilməz. Materialların gətirilməsi, kommunikasiya və s.) işləri buna imkan verməz. Bir də məsrəf məsələsi də var. Böyük kapital yatırımı evə sərf olunmalıdır. İlk zaman üçün müvəqqəti hasar bəs olar (məftil, kəndir, plastik tor). Amma gələcək hasarın dirəklərinin çoxu, istəsəniz, ilk etapda da qoyula bilər. Dirək düzərkən gələcək kiçik qapı və ala qapı yerlərini yaddan çıxartmayın.

Torpaq işlərinə "hidro, torpaq, hipro, layihə" və s. tutanlar, evin inşasına da bir firma və ya grup tutarlar. Başqaları isə ya dostlardan-tanışlardan layihə "borc" alar, ya da özləri layhə hazırlarlar. Bundan sonra artıq layihənin hazır olduğunu fərz edirik.
İnşaatın digər bölümləri olan "İnşaat, dizayn, yaxşılaşdırma, təmir" mövzularını saynın növbəti səhifələrində ələ alacağıq.

Baş səhifəyəBaş səhifəyə

debug