Evi idarə və təsərrüfat

Evi tikdikdən sonra onun bütün həyat fəaliyyətini idarə etməyin tam zamanı gəlib.

Evin idarəsinin avtomatlaşdırılmasının layihəsi

. İlk əvvəl demək istəyirəm ki, Evin idarəsi

idarə sahələrinin və proseslərinin siyahısı

hələ layihələndirmə mərhələsində tərtib edilməlidir. Əlaqə elementlərinin savadlı və düzgün çəkilməsi və sonradan inşaat zamanı quraşdırılması bundan çox asılıdır. Əvvəlcə paylaşdırma dolablarında yerləşdirilən elektrik avtomatlarından danışmalıyıq. Avtomatların adı elektik açarları və ya

avtomatik elektik açarları

və onların vəzifəsi bütün elektrik şəbəkəsinin həddindən artıq yüklənməsindən və qısa dövrə cərəyanlarından qorumaqdır. Paylaşdırma dolablarının sayı evin planından asılıdır. Şəxsi evlərdə giriş paylaşdırma dolabıpaylaşdırma dolabı və hər mərtəbənin öz paylaşdırma dolabı qoyulması tövsiyə edilir. Nəmişliyi çox olan otaqlara gedən xəttlərə həssaslığı yüksək olan avtomatik elektik açarları qoymaq lazımdır.
Sonra, isitmə sistemindəki

hərarəti tənzimləyən idarə cihazları

və uzaqdan idarə etmə sistemi sayıla bilər. Misal üçün otaq termostatı qaz sobasının iş rejimini tənzimləməyə, evin içində təyin edilmiş hərarəti saxlamağa imkan verir. Termostat evdə rahatlıq yaratmağa, yanacaq materialların dəfələrlə qənaət edilməsinə imkan verir. Termostata, sahiblərinin daimi yaşamadığı şəhər kənarı evlərdə daha çox ehtiyac var. Evdə yaşamadığı günlərdə sahiblər, isitmə borularının donmamasını təmin edən mümkün qədər aşağı hərarət seçərək (mən 8oC qoyuram), daha çox qənaətə nail olurlar.
Hərarəti tənzimləyən idarə cihazları

uzaqdan idarə etmə sistemi

hərarəti tənzimləyən termostatilə bağlı olmasa, tam avtomatlaşdırmadan bəhs edilə bilməz. Günümüzdə, internetlə çalışan uzaqdan idarə etmə sistemi (smartfon, planşet, noutbuk və s.), hətta yalnız mobil əlaqə sistemi ilə çalışanlar, elə ideyaları həyata keçirir ki, yaxin keçmişdə onları ağla belə gətirə bilmirdik, bəlkə fantastik filmlərdə uydura bilərdik. İnternet şəbəkəsinə bağlı olan isitməni uzaqdan idarə etmə sistemi funksionaldır, rahatdır və xərcini tez qaytarandır. Onunla şəhər xaricindəki evdə yaşamaq daha xoş və təhlükəsiz olar və qat-qat ucuz olar.
Evi idarə və təsərrüfat üçün çox sistem var. Yuxarıda biz onların əsas növlərini ələ aldıq. Ağıllı ev deyilən və imkanları demək olar ki, sonsuz olan yön günbəgün daha geniş istifadə edilməyə başlayır.

Ağıllı ev

- asan ayarlanan və qıvraq dəyişən sistemdir ki, ona yeni isitmə sistemini, Uzaqdan idarə sistemiqoruma siqnallarını tənzimləyən, işıqları yandırıb-söndürən, qapıları, pəncərələri açıb-bağlayan, qəhvə maşınını, televizoru və b.k. avadanlığı idarə edən cihazlar, hissələr əlavə etmək mümkündür. Evin idarəsi mobil telefon və ya kompüter vasitəsi ilə həyata keçirilir. Əl idarəsi imkanı saxlandığı üçün, istədiyiniz zaman hər hansı cihazı əllə idarə edə bilərsiniz. İnternet kəsilərkən Ağıllı ev işini davam edir. Ağıllı evin chazları siyahısına asanlıqla tüstü və su daşması aşkar edicilər, qapı və pəncərələrə maqnit kontaktlar, məftilsiz rozetkalar və bir çox imkanlar əlavə oluna bilər. Əlavə edilən ünsürlər avtomatik olarak sazlanır və işləməyə başlayır.
Onlarsız keçinmək çətin olan müşahidə kameraları haqqında ayrıca

idarə və təhlükəsizlik

bolümü yazdıq. Müşahidə kamerasıMüşahidə kameraları, zənnimcə, artıq reklama ehtiyac deyil. Müasir kameralar, onlardan tələb olunan hər şeyi bacarır. Ən minimum tələblər olan yaxşı görüntü, gecə vaxtı işləmə imkanı (infra qırmızı şüalı), hərəkəti aşkar etmək, uzaqdan baxmaq, arxiv yazılarının saxlanması üçün hafizə və s. ən ucuz kameralar belə cavab verir.

Baş səhifəyəBaş səhifəyə

debug