Evin içəri işlərinin görülməsi: faydalı məsləhətlər

İçəri işləri ara divarlarının qoyulması ilə başlaya bilər. Evin içərisi düzəldirik

Ara divarlarının qoyulması

- evin müxtəlif otaqlarını ayıran daşımaz divarlardır (ağırlıq daşıyan divarlar, layihədə varsa, evin eşik divarları ilə bərabər tikilir).

Evin döşəməsinin düzəldilməsi işi

tikintinin mühüm mərhələsidir. Evdə

taxta döşəmə

və ya

beton əsaslı

döşəmə ola bilər. Taxta döşəmə tirlər üzərinə elə düzülür ki, təmiz döşəmə taxtaları düzülərkən onlar hesaba görə lazım olan yüksəklində yerləşsin. Döşəmə tirləri quru taxtdan düzəldilir və tərpənməz əsas təşkil etməlidir. Onların şəbəkə kimi bağlanması daha məsləhətlidir.
Beton əsas çox qatlıdır. Qalınlığı 3-5 sm. olan birinci qat quru, 20 sm. qalınlığındakı sıxışdırılmış qum "döşəyi" üstünə qoyulur. Sonra

hidro izolə

edici təbəqə sərilir. Bu təbəqə, kənarları isitmə lampası ilə yapışdırılan ruberoid zolaqlarından da hazırlana bilər. Sonra ara qatı qoyulur. Bunun üçün keramzit və ya bənzər materiallardan istifadə edə bilərik. Köpük plastın və digər yumşaq materialların istifadə edilə bilməsi haqqında rəy vardır. Mən, sıxışdırılmış köpükdən (penopleks) hazırlanmış xüsusi lövhələri məsləhət görürəm Onların bir sürü üstünlükləri var. Amma yumşaq materialların üstünə mütləq dəmir armatur toru qoyulmalıdır (çapı 10 mm-yə qədər). Son təbəqə ara qatı üstünə layihə hündürlüyünə qədər tökülür, yenə də altına hidro izolə edici təbəqə qoyulması məsləhətdir. Bu etapda öz-özünə səviyyəsi düzələn inşaat materialları istifadə edilməsi məsləhət görülür. Evin içərisi işləriƏn üst təbəqə laminat və ya kafeldən də olar. Ara divarlarının qoyulması və ya evin döşəməsinin düzəldilməsi işi ardıcıllığı layihə üzrə olmalıdır.

Evin içəri işlərinin görülməsi mərhələsində, layihədən asılı olaraq divarların suvaqlanması və ya başqa qatla qapanması (plastik, "vaqon taxtası" v b.) ola bilər. İçəri suvaği texnikasına görə eşik suvağından fərqlənmir. Amma materialı başqadır. Yenə bu işdə satıcının köməyindən istifadə edə bilərsiniz. Əlavə olaraq qapı və pəncərə meyillərini düzəltməyi öyrənməlisiniz. Bu suvaqın meyli 3-5% dən az olmamalıdır.

Evin elektrik şəbəkəsinin paylaşımı

, sahiblərin tələbləri nəzərə alınmaqla, yaxşı mütəxəssis tərəfindən və ya onların nəzarəti altında çəkilir. Evin elektrik şəbəkəsinin paylaşımı savadlı şəkildə cizilmiş sxem üzrə, hər cihaza, açara və elektrik qaynağına elektrikin çəkilməsi deməkdir. Təxmini, "göz hesabı" elektrik bağlantılarını qəbul etməyin. Kabel seçmə, bilavasitə şəbəkəyə bağlama yalnız mütəxəssis tərəfindən görülür.

Baş səhifəBaş səhifəyə

debug