Uşaqların dilindən həqiqət söylənir. Uşaq düşüncəsi və yaradıcılığı

Uşaq düşüncəsi və yaradıcılığı Uşaqların dilindən həqiqət söylənir
Uşaqların kəskin düşüncəsi və hazırcavablığı hədsizdir. Misal , Siz düşünürdünüz ki, nəsil ağacı haqqındə təsəvvürünüz tam doğrudur? Ancaq, aşağıda gətirilən uşağın təsəvvüründə Nəsil ağacı Sizin gözünüzü açar. )

Hər yay nənəmiz gilin kəndinə, qonşularına Ukraynadan Mikola adlı uşaq gəlir. Belə dost xasiyyətli, deyib-gülən oğlandır və hər zaman bizim uşaqlarla bir yerdə oynayır. "Haydı, uşaqlar, oynayırıq, mən sərhəd qoşunlarıyam, siz casussunuz" və s. Rusca ilə ukraynaca danışığında problem yoxdur. Amma bəzən incə fərqlər olur...
==============
Bir gün həyətdə öz işlərimlə məşğulam, qulağımın ucu ilə eşidirəm ki, bizim uşaqlardan biri:
- Mən şopa gedirəm, - bilirsiniz də, şop gənclər arasında dükan deməkdir. Qonağın bundan xəbəri yoxmuş deyəsən.
- Nə şopu? - Mikola soruşur.
- Adi şopa, da, - birinci cavab verir.
- Adi şopun harasına?
- Hər yerinə?
- Necə hər yerinə?...
Hər ikisi gerçəkdən hirslənməyə başlayıb, xoruz kimi qıp-qırmızıdırlar. Bilmirəm hələ nə qərər qarşı duraraq belə mübahisə edəcəkdilər, bol-bol "şo"(ukraynaca "nə" deməkdir), "şop" və s. söz mübadiləsində olacaqdılar. Mənim qarışmağımın vaxtı gəlib.
- Şopinqə, Mikola, yəni alış-verişə gedir, - deyirəm.
- Əzəl başdan belə desəydi.
Və artıq oyun qaydasında davam edir...Звездное небо

İki yaşlı qızcığaza yemək yedirmək istəyirəm:
- Aş ye gözəl qız, - deyirəm.
- Yex, - cavabı alıram.
- Onda süd iç.
- Yex.
Mən çətindəyəm:
- "Yex" nə demək? - soruşuram. Cavab:
- Yexnə demək!

✶Uşaq rəsmlərinə baxın

Mağazada 5 yaşlı uşağın əlində yeni bağışlanmış qırmızı pul var (təxminən 1,2$ dəyərli):
- Bəs mən bununla nə ala bilərəm – yanında olan ya atası, ya da əmisi, dayısı:
- 2 şokolad.
- 3-nü ala bilərəm mi?
- Yox, 3 ədəd yalnız Barni olar.
- Aydındır. Demək 2 şokolad və Barni!

Ata, analar haradan alınır?

Uşağa deyilməsi mümkün olduğunu düşünərək, nəvəm Jasminə (6 yaşlı) dedim ki, baba və nənələr 2 cüt olur, ulu baba və nənələr isə artıq 8 nəfərdir, və xoşbəxtlikdən, 2-nin dərəcələrinə dalmadan, ulu-ulu nəsillərdən bəhs etmədim...
O saat sual gəldi:
- Niyə ki?
- Ən yaxşısı, mən şəkildə göstərim, - dedim və sadə nəsil ağacında ata-ana, nənə-babalar və onların valideynlərini göstərdim....
Qızcığaz bir az düşündükdən sonra hər sey aydındır, amma mən yanlış çəkmişəmmiş, deyərək, şəkildə gördüyünüz

Uşağın təsəvvüründə Nəsil ağacı

çəkdi. Və belə məsələlərdən (ata, analar haradan alınır məsələləri və b.k.) xəbərsiz olanlar üçün izah izah elədi:

1) Əvvəlcə Mən doğuldum;
2) Sonra özümə ata və ana aldım;
3) Sonra baba və nənələr doğuldu;
4) Daha sonra hər baba və nənənin ata və anaları doğuldu.
Hər şey çox bəsitdir, dedi.

Doğrudan da. Mənsə düşünürdüm bu qədər baba-nənəк⇘1-ci dərəcə baba və nənələrhardan alınır? Zənn eləyirdim ki, gəzib, axtarmaq, onları dilə tutmaq lazımdır... Sən demə bir anda hamısı hazır olurmuş!

⊡ Baş səhifəyə

debug