• Русский
  • Azəricə
  • Türkçe
Saytalar yaradılması, peşəkar tərcümələr, yaradıcılıq sahələri

Bizim esas xidmətlərimiz

Açar təhvili saytlar yaradılmasıAçar təhvili saytlar yaradılması Böyük və kiçik ticarət üçün hər cür sayt. Vizit saytı, Mini, Standart və Qonma səhifəsi Vizit saytları Səxsi sayt fərdi əlamətləri olan şəxslər və şirkətlər üçün, şirkət saytı - kiçik və böyük ticarət üçün İnternet-mağaza saytı Məlumat saytı böyük həcmli məlumatı saxalar və təqdim edər, Tanıtma saytı Sizi daha yaxşı tanıdmağa kömək edər və başqa hər çesid saytlar...
Rus dilindən peşəkar tərcümələrRus dilindən peşəkar tərcümələr, peşəkar avropa, şərq dilləri tərcümələri Ticarər üçün hər çesid saytlar, fərdi şəxslərə, təşkilat və dovıət orqanlarına hər mövzuda. Peşəkar şifahi tərcümələr: nümayəndələrin müşayəti, danışıqların tərcüməsi, görüşlərin tərcüməsi. Peşəkar yazılı tərcümələr: texniki sənədlər, müqavilələrin tərcüməsi, hüquqi və mali tərcümələr...

Ev nəyin üstündə durur?

Müasir evdarlıq, günümüzdə, evin və ailənin əsasları təhlükə altında Evdarlıq: evin idarəsi nazik qadının əlindədirolduğu bir zamanda, son dərəcə zəruridir. Təssərrüfat idarəsi tərcübəsi, həm də ki uzun təcrübəsi olan adamın qiyməti sonsuzdur. Biz Sizin diqqətinizə evdarlığın sirrlərini təqdim edərək, necə qənaət etmək lazım olduğundan, az miqdarı necə çox göstərməkdən, öz gücümüzlə necə paltar düzəltməkdən, necə əl altında olan ərzqla, dadı, görünüşü, və xüsusən keyfiyyəti ilə restoran yeməklərindən yüksək olan yemək hazırlamaqdan bəhs edəcəyik.
Ev işləri necə təşkil edilməlidir ki, uşaqlar fərəh gətirsin, məmnuniyyətlə kömək eləsin, evdə hər zaman təmizlik, rahatlıq və asayiş olsun? Qadın necə hər şeyi vaxtında çatdırsın və sevimli yoldaşı üçün ən gözəl qadın olaraq qalsın? Saytımızda bu suallara cavab verməyə çalışacağıq. Yazılanlar həqiqətən

Ev nəyin üstündə durur

sualına cavab verir. Məhz bu müasir evdarlıq deməkdir.

Qənaətin ən böyük sirri

budur ki, hər zaman bahalı əşyalar, yeməklər keyfiyyətli olmur. Daha doğrusu qiymət keyfiyyətdən asılı deyil. Qiymət bir neçə xüsusiyyətdən asılıdır, bunların içində son rol oynamayan alış qiyməti, əlavə məsrəflər və bazar istəyi vardır . (Çox zaman qiyməti mal alındıqca yüksəldirlər). Ona görə də hər hansı mal alarkən onun tərkibinə, hazılmanma texnolojisininə baxın, imkan daxilində əvvəlcədən istehsalçı haqqında məlumat alın, həmin tərkib haqqında oxuyun. İstədiyiniz əşya haqqında hər şeyi bildikdən sonra, o zaman Siz eyni xassələrə malik olan mallar içində ən ucuzunu seçə bilərsiniz. Bu da qənaətli mal almağın əsasıdır. Çox zaman ucuz mallar, əsas parametrələrinə görə bahalı "rəqiblərindən" daha yaxşı və faydalı olur. )
Qızıl orta necə tapılır
sualına cavab verməyin və bizim oxucuların tərkibini təyin etməyin tam zamanıdır. Əlbəttə, Siz başa düşürsünüz ki, məqaləmiz qarın qulları və nə bahasına olursa olsun, ən ağır qiymətli malları almağı sevən oxucular üçün deyil. Bilərək öz sağlamlığına zərər vuranlar başqa sayt axtara bilər, təxminən özünü məhv edənlər klubu kimi. Bilmədiyi üçün çox yeyən arxadaşlara bizim Sağlam həyat tərzi səhifəmizlə tanış olmağı məsləhət görürürk. Ümid edirəm gerisini oxuyanlar öz xoşuna evdar olan, həm də sağlam həyat tərzinin prinsipləri ilə tanış olan insanlardır. Davam edərkən, az miqdarla necə keçinmək olar mövzusunda deyə bilərik ki, hər şeydə, yeməkdə də, məişət əşyalarında da, alışqanlıqlarda da, həddini bilmək yaxşıdır. Çünki, nə olursa olsun, həddindən ziyadə istifadə ancaq zərər gətirə bilər. Şərq deyilişlərinin incisi olan böyük Nizaminin sözlərini yerində xatırlatmaq istərdim:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

Az miqdar mahiyət olaraq pis demək deyildir. Yalnız cənab Allahdan gələn: ağıl, xeyirxahlıq, yaxınlara sevgi, namus, vicdan, qeyrət, şəfaqət, özgələrinə acıma və digər anlayışlar hüdudsuz ola bilər. Qalan hər şey ağıllı, ölçülü məhdudiyyətə məruz qalmalıdır. Ən yaxşısı hamının bildiyi qızıl ortadır. Bəs qızıl orta necə tapılır? Bu boş sual deyil. Çünki söhbət riyazi ortadan getmir. Bu qayə ən kiçik qiymətlə ən böyüyün arasında yerləşir. Maşının yağ səviyyəsi kimi. Günümüzdə bu anlayış yalnız insanlığın güclü yarısı üçün deyil, çoxu maşın sürən nazlı xanımlarımız üçün də aydındır. İki cizgi arasında - nə ən kiçiyə çox yaxın, nə də ən böyüyə. Qızıl ona görə deyirlər ki, o hər kəs üçün uyur, fiziki yeri müxtəlif adamlar üçün fərqli olsa da. Hər şəxs bu qayəni fərdi olaraq özü üçün tapır. Amma mütləq tapır.

Öz əllərinizlə paltar hazırlamaq üçün institut qurtarmağa gərək yoxdur. Kurslarda dərs görməklə bilgi almaq, hətta özünə təshil yolu ilə öyrənmək belə mümkündür. Mühüm olan istəyin və vaxtın olmasıdır. Paltar biçimi və tikişi - yalnız vəsaitin qənaət edilməsi demək deyil, hətta daha böyük dərəcədə qadın üçün özünü ifadə etmək sahəsi və ilham qaynağıdır. Heç kim Sizə nə lazım olduğunu Sizin qədər bilməz. Bu gözəl cins üçün gözəl də yaradıcılıq növüdür.

Gənc ev xanımları çox vaxt yemək hazırlamaqdan qoxur ki, alınmaz və ya xoşa gəlməz. Ev yeməyini restoran yeməyi ilə müqayisədən söhbət gedərkən lap dəhşət bürüyür. Sizi sakit edə bilərəm. Heç qorxulu bir şey yoxdur. Hər şey düşündüyünüzdən bəsitdir. Öz gücünüzə inanın, işə, təmiz ruh və məqsədlərlə yanaşın (bu hər bir işə aiddir) və istədiyiniz nəticə mütləq alınar. Ev yeməkləri reseptlərini öyrənin, anadan, nənədən, xaladan, varsa, daha təcrübəli qız arxadaşınızdan məsləhət alın. Əlbəttə, yemək eksperimentlər sahəsi deyil. Ancaq təzə bir nəticə almaq cəhtləri pis deyil. Başlıcası təmiz ruhdur. O zaman ən bəsit reseptlər də möcüzə yaradar. Sevgi ilə, yaxınlarına olan qayğı ilə hazırlanmış olan yemək ləzzətli də olacaq, xoşa da gələcək.
Restoran yeməyi heç bir zaman ev yeməyi ilə rəqabət apara bilməz. O rəsmidir, sənaye xarakterlidir, özgədir. Nə qiyafəsinə geydirsələr belə. Onun öz üzü yoxdur, "xüsusi sifarışlə" hazırlansa da. Restoranda daimi yemək yeyənlər ailəsiz zənginlərdir. Müqayisə üçün: dünyada bahalı, parıltılı, təmtəraqlı adlı otellər var. Ailələr isə öz evlərində yaşayır. Heç bir zaman, heç bir otel evi əvəz edə bilməz. Və çox şükür Allaha!

Evdarlıq/əl işləri haqqında məsləhətlər

Yuxarıda sayılan bütün suallara və hələ sayılmayan başqa suallar haqqında biz, birinci növbədə insanlığın gözəl yarısına məsləhət verə bilərik. Bu heç də o demək deyil ki evdarlıq yalnız qadın işidir. Güclü cinsin nümayəndələri də bizə müraciət edə bilər.

Biz ağac üzərdində oyma haqqında ixtisaslı məsləhət verə bilərik. Fərdi dərs öyrədilməsini təşkil edə bilərik, material və alətlərin xassələri haqqında, oyma texnikası haqqında danışa bilərik. Gənç ağac oyma həvəskarlarının qarşılaşdığı müxtəlif poblemlərin həllində kömək edərik.
Evdarlıq/əl işləri haqqında məsləhət bizim elektron adresimizə yazmaqla alına bilər.

Baş səhifəyəBaş səhifəyə