Bu bölümdə oxuyun:

  • Ağac üzərində bədii oymaEvin içini bəzəmək üçün əşyalar: çərçivə növləri, pannolar, heykəllər, divar bəzəyi naxışları, elementləri, nərdivən bəzəkləri və yataq yerləri və s.
  • AlətlərAlətlərin seçilməsi: kəsərlər, qurğu və avananlıq
  • Ağac seçilməsi və güvənlikOyma üçün ağacın seçilməsi, materialın keyfiyyəti və işin təhlükəsizliyi
  • Əl işləri nümunələriSizə əl işləri nümunələri təklif edirik, qalereya-sərgi
 
Bizim xidmətlərimiz

Bizim xidmətlərimiz

Ağac üzərində bədii oyma

Əl işləri: Ağac üzərində oyma və naxış tikişi
Çox illik təcrübə Sizin diqqətinizə müxtəlif

ağac oyma əl işi

nümunələri təqdim etməyə imkan verir.
  • İnteryeri bəzəmək üçün ağac oyma əl işi növləri: çərçivələr, pannolar, heykəllər, divar bəzəyi ünsürləri.
  • Divarları, nərdivan yolunu, yataq otaqlarını, salonları, uşaq otaqlarını, oyun meydançalarını, dincəlmə yerlərini, qonaq otaqlarını bəzəmək üçün ünsürlər.
  • Ağac üzərində bədii oyma, ağac oyma sənəti, çərçivələr, pannolar, heykəllər, divar bəzəyi ünsürlər, ağac oyma işinin texnikası haqda, alətlərin, bıçaqların seçilməsi, oyma üçün ağacın seçilməsi, ümumiyyətlə, hər növ ağac oyma

    əl işləri üçün fərdi sifariş

    verə bilərsiniz. Sifariş üçün aşağıdakı "poçta" düyməsindən istifadə edin.
  • Oxucularımızı işlərimizlə tanış etmək üçün, biz əl işləri nümunələri sərgisi təşkil ettik. Burada bizim ağac oyma əl işi əşyaların və digər əl işlərinin ən gözəl nümunələrini toplamışıq. Siz elektron poçta ilə qısa məsləhət ala bilərsiniz və ya ağac oyma əl işi əşyalarımız üçün sifariş verə bilərsiniz. Öyrətmə və ya praktik kömək ücrətlidir.

Ağac üzərində bədii oyma texnikası haqda

bir neçə söz. Ağac oyması ən cazib məşğuliyyətlərdən bibidir. Bu incəsənətdir və ona görə heç kimi dilə tutmağa gərək yoxdur. Amma yenə də meyl və həvəs varkən nədən başlamaq lazımdır sualı ortaya çıxır. Düşüncədən başlamalı. Fəza təsvirli düşünməyi öyrənmək lazımdır. Rəssam olmaq şərt deyil, amma rəssam üçün oyma daha asandır. Heyvanın başı tam hamar çıxmırsa və ya yarpağın xətləri gözəl olmursa, eybi yoxdur, kəsər əyri yerləri düzəldər. Yalnız o halda ki, əgər Siz fikrən ağlınızda düzəltmək istədiyiniz şeyin üç ölçülü fəza görünüşünü təsəvvür edirsinizsə. Mütləq üç ölçülü modeli və yaxşı olar ki rəngli. Bundan başlamaq lazımdır, geri qalanı gələr. Gəlməzsə, nə eləyək, demək gəlmədi. O zaman vaxt itirməyin. Əlbət ki ağacı yonmaq, təmizləmək olar, odun doğramaq olar. Amma bu daha oyma deyil, nə alınıbsa, odur. Bacaran düzəldər, bacarmayan öyrənər. Öyrənməkdən utanılmaz. Hər iş bir gün başlar, hər usta bir zaman şagird olub. Ancaq öyrənə bilməyən və ya istəməyən özünü əziyyətə salmasın. Düşünürəm, nədən başlamaq lazımdır sualına cavab verdik.
Sonrakı addım

alətlərin, bıçaqların seçilməsi

olar. Əlbəttə, ikinci yerə ağac seçilməsi qoyula bilərdi. Yox, alətlər əvvəl gəlməlidir. Nə üçün – izah edim. Məsələ bunadır ki, Siz ağacı necə oyacaqsınız əsasən alətdən asılıdır, ağacdan deyil. Məlumdur ki, hər ağacın öz xassələri, quruluşu, liflərinin yönü, bərkliyi var, və s. Yaxşı alət istənilən ağacla işləməyə imkan verər. Bəs pisi? Pisi ilə işləməsəniz yaxşıdır. Başlanğıc etapda istənilən həvəskar alət dəsti yarar. Amma diqqət edin ki, linoleum kəsərləri də var. Onları qarışdırmayın. Peşəkar sənət üçün çox böyük miqdarda alət lazım olacaq, o cümlədən özünüz düzəltdiyiniz alətlər. Bəli, öz əlimizlə, hər ustanın tələblərinə cavab verə biləcək nadir kəsərlər düzəldə bilərik. Mağazada onlar yoxdur. Bəzi ustaların öz dəmirçi sobaları var, bəziləri kirə tutur. Çünki, yaxşı alət düzəltmək üçün polad markası və işlənməsi üsulu çox mühümdür.
Nəhayət,

alətin itilənməsi haqqında

. Bu günlük işin ayrılmaz hissəsidir. Yaxşı itilənməmiş bahalı alət belə heç şeyə yaramaz. İtiləmə disk dəsti olan itiləmə dəzgahı lazımdır. Bülöv diski mütləq olmalıdır.
Ən nəhayət,

oyma üçün ağacın seçilməsi

. Dediyimiz kimi yaxşı alət hər ağac üçün yarayar. Başlanğıcda oyma üçün istifadə edilən ixlamur (lipa) ağacı seçilə bilər. Yaş ağac daha yaxşı kəsilir. Amma sonra qurutma problemləri meydana çıxa bilər. Saxlama şərtləri düzgün olmasa, əşyalar çatlaya, qarala bilər, və s. Əlbəttə heç kim bunu istəməz. Çox qurumuş ağac da çətin kəsilir. Çəmini tapmaq lazımdır. Ona görə qızıl ora daha məsləhətlidir.

Təhlükəsizlik texnikası

axırıncı yerdə olmamalıdır. Yaxşı kəsər adi mətbəx bıçağından dəfələrlə kəskindir. Ona görə də təhlükəsizlik tələbləri çox vacibdir. Böyük materiallar mütləq sıxaclarla masaya bərkidilməlidir. Metal üzərindəki iti qabarıqları ağac və ya plastiklə örtün. Kiçik parçalar yalnız əldə tutula bilər. Çalışarkən çox güc istifədə etməyin. Hərəkətlər asta və qaydasınca olmalıdır. Alətin kəsilən parça xaricinə çıxmasına imkan verməyin. İlk etapda, hələ vərdişlər yaxşı mənimsənmədiyi halda alətin qaça biləcəyini nəzərə alaraq, ona yer saxlayın. Yəni yardımçı əlinizi, xüsusən barmaqlarınızı "alətin qaçma yollarından" uzaq tutun.:)

На главнуюНа главную страницу

debug