Sağlam həyat tərzinin əsasları

"Keçmişlə gələcək arasında bir an vardır,
İnsan həyat deyilən o anı yaşamaqdadır!"

Əlbəttə ki bu anı layiqli yaşamaq lazımdır. Yaradan bizə bu sözlə adlanan qiymətsiz inam Sağlamlığın təşkil edicilərikreditini verərkən bizim bu inamı doğrulmağımızı, zərərli vərdişlərlə və qəribə davranışlarla yol verməməyimizi istəmişdir.
Əski sovetlər dövrünün bir lətifəsini xatırlatmaq istərdim. Adamı partiyaya qəbul edirlər. Soruşurlar:
- Zərərli vərdişlərin varmı, siqaret çəkmək, içgi içmək, qadın düşkünlüyü...?
- Bir az var...
- Onlar partiya ilə bir araya sığmaz!
- Ataram.
- Əgər partiya yolunda həyatını qurban vermək lazım olsa, verərsənmi?
- Əlbət ki! Belə həyat nəyimə lazımdır ki?..
Mən də əlavə edim, heç nəyə. Əgər siqaretə alışmaq, içgiyə qurşanmaq, sağlığı pozmaq həyat qayəsidirsə - dəyməz. "Böyüklər" hər zaman gənclər üçün örnək olublar."Böyüklərə" oxşamaq üçün gənclər çox vaxt yuxarıda sayılan və başqa "qəhrəmanlıqları" etməyə çalışırlar. Çox zaman həddindən artıq erkən və özlərini zorla məcbur edərək. Bəs siz "böyüklər", səmimi qəlbdən cavab verin: bunun üçün mü böyüdünüz? Özünüzün zərərli vərdişləri, hərəkətləri olarkən nəvələrinizi, uşaqlarınızı, yaxınlarınızı, dostlarınızı bunların pis hərkətlər olduğuna necə inandıra bilərsiniz?

Aşağıda müvafiq bölümlərdə sağlamlığın təşkil ediciləri və ya sağlam həyat tərzinin əsasları təsvir edilir. Onlar sol sütundakı mündəricatda da yer almışdır. Buna əlavə edəcəyimiz əlbəttə ki təmiz hava və təmiz düşüncələrdir.
Sağlamlıq üçün idman

Hərəkətin həyat olduğunu hər kəs bilir. Mən məxsusən burada idman deyil, bədən tərbiyəsindən ona görə Sağlamlıq və idmansöz açıram ki, idman (fransızca «mübahisə») daha çox peşəkar idmana uyur, bədən tərbiyəsi isə hər istəyən üçün. Burada «qol, xal, saniyə» peşinə qaçmaq lazım deyil. Hər şey özünüz üçün, sağlamlıq üçündür. Amma medal almaq məqsədində olduğu kimi cəhd ediməlidir. Hər bir məşğuliyyətdə olduğu kimi, bədən tərbiyəsi, həvəskar idmanı kimi inad, məqsədə yönəlilik, və əlbətdə vaxt tələb edir. İstənilən yaşda başlamaq olar, nə qədər tez olsa yaxşıdır. Mütəmadi fiziki məşğuliyyət sağlam vərdişə çevrilir, həyatın bir parçası olur. İdmanla uşaqlıqdan dost olmayanlara, hazırlıq keyfiyyətində sadə hərəkətlərdən başlamağı tövsiyə edirəm. Burada fərdi xüsusiyyətlər nəzərə Sağlamlıq-göxəllikdiralınmalıdır, hərəkətlər ehtiyatla seçilməlidir ki, özünüzü həddindən artıq yükləməyəsiniz. Bədənin tənbəlliyi ilə artıq yük fərqlidir. Tənbəllik, inadla işlərkən tez keçir, artıq yük toplanır və şiddətlənir. Artıq yük dərhal kəsilməli, başqa hərəkətlər seçilməlidir. Hazırlıq məşqi zamanı bütün bədən işləməlidir. Bütün əzələ qrupları. Hazırlıq məşqi adətən səhərlər edilir. Sonra kimi qaçır, kimi üzür, kimi toplu oyunlar oynuyur, ağırlıq qaldırma həvəskarları da vardır və s. Əsas fiziki məşğuliyyətlər imkan və zövqdən asılı olaraq ya səhər ya da axşam aparılır. Ancaq onlar hər kəs üçün zəruridir.

Sağlam yemək

İnsan həyatında sağlam yemək hərəkət qədər mühümdür. Yeməyin keyfiyyətini biz Sağlam yeməkbirinci yerə gətirdik. Təbii ərzaq məhsulları seçilməlidir və hökmən bahalı mağazalardan almaq şərt deyil. Özünüzə güvənlı, yoxlanmış ərzaq qaynağı tapın (kiçik mağaza, tanış tədarükçü, kənd və s.). Hər dəfə yemək zamanı ət yeyərk heç də zərurət deyil. Bu məsələ kişiləri xüsusən narhat edir, güya ki güc toplmaq üçün kalorili yekək lazımdır. Səlahiyyətlə xeyir deyirəm! Tərcübə göstərir ki, gücü tərəvəzdən, yumurtadan, süd məhsullarından da almaq olar. Xüsusən göbələk və digər zülal tərkibli tərəvəzlər faydalıdır. Soya ətinin faydası və effektivliyi heyvanlardan alınan ətdən az deyil. Balığı da unutmayın. Balığ ətdən faydalıdır. Salat, göyərti hökmən olmalıdır, xüsusən də yer kökü və sarımsaq (onun bir nöqsanı var - qoxusu. Məncə bu məsələ həll oluna bilər. Bir də ki sarımsağın qoxusu arağın və tütünün qoxusundan xoşdur).

Yeyilən yeməyin miqdarının balanslı, ağılla tənzim edilməsi, ərzaq məhsullarının keyfiyyətindən və hazırlanma usulundan sonra, az mühüm yer tutmur. Hətta keyfiyyətli ərzağın böyük miqdarda Həyatı seçirikyeyilməsi sağlamığa zərər vura bilər. Əğər Siz tixanana qədər yeməyi düşünərək, sonra da ümidi şiddətli idman məşqlərinin üstünə yükləmək istəyirsinizsə – bundan bir şey çıxmaz. Dolu mədə pis işləyir, onun sahibi çətinliklə düşünür və həmən idman məşqləri ilə (heç başqa bir işlə də) məşğul olmaq istəmir. İdeal insan vəziyyəti belədir «mən bir az daha yeyə bilərdim, amma dayanmağın zamanı gəlib». Bu halda insan hər şeyə qadirdir. Çünki, ağıla sığmayan miqdardakı ərzaq məhsullarının təhlili üçün böyük enerji məsrəfinə gərək yoxdur. Amma nə ağ eləməyə, nə də hədsiz sixişdırmalara lüzum yoxdur. Hər yaxşı yemək ağıl hüdudlarında olmalıdır.

Yemək və su ayrılmazdır. Zamanımızda suyu yalnız yoxlanmış bulaqlardan, quyulardan götürmək ya da mağazadan almaq olar.

Sağlam vərdişlər

Müxtəlif vərdişlər vardır. Yeri gəlmişkən, vərdişlər haqqındakı bir ingilis lətifəsini xatırlayaq:
Ancaq Sağlam vərdişlər Polis centlməni saxlayaraq, soruşur:
- Bağışlayın, ser, niyə Sizin başınızda çəkmə var?
- Başa düşürsünüz mu, mənim belə bir vərdişim var – hər pərşənbə günü Pikadillidə başımda çəkmə gəzirəm.
- Bəli, ancaq bağışlayın, bu gün çərşənbədir!
- Allahım, o zaman mən nə gic vəziyyətdəyəm?! – centlmən etiraf edir.
Burdakı müsbət cəhət britanya daimiliyi (inadcıl konservatizm xaricində) və bu vərdişin, qəribə də olsa, zərərsizliyidir. Düşünürəm, insanın bütün vədişləri xeyirxah olmalıdır. Məsələn, təmizlik, dəqiqlik, icrakarlıq (qul icrakarlığı deyil, verilən sözə əməl nəzərdə tutulur) vərdişləri. Çox xeyirxah vədrişlər var, hamısını saymaqla qurtarmaz. Əgər onlar heç kimi narahat etmirsə sağlığına qismət olsun. Bu sözləri zərərli vərdişlər haqqında deyə bilmərik. Onlar, Allaha şükür, o qədər çox olmasa da, vərdiş sahiblərinə də, ətrafdakı insanlara da zərəri var.

Siqaret çəkən adam ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaradır. Tütün çəkilən yerdə hər zaman kötük, kül, və bağışlayın, bol tüpürcək olur. Bəs havada nə qədər tüstü olur! Çəkən, çəkməyən adamların (xüsusən uşaqların və hamilə qadınların) təmiz hava almaq hüququna təcavüz edir. Çəkənlərdən heç biri niyə çəkirsən sualına ağıllı, inamlı, məntiqli cavab verə bilməz. «Bu qədər vaxt içində orqanizm alışıbmış...» (necə alışıbsa elə də tərk etsin), «əsəbləri sakitləşdirirmış» (bu sayıqlamadır, çəkən adamın əsəbləri hər zaman pozuqdur), «düşünməyə imkan verirmiş» (bu daha betər sayıqlamadır, çünki, çəkən adam kənar şeylər haqqında düşünür, fikrini toplamağa cəhd etsə belə, özündən asılı olmadan növbəti siqaretin nə vaxt çəkiləcəyini hesablayır). Və çox yanlış olaraq İnsanların sağlığını qoruyunfikirləsirlər ki, hava okeanı (bəli ortaq olan) böyükdür, hamıya hava çatar. Onların heç ağlına belə gəlmir ki, sağlam admın qoxu hissi, çəkənin hissindən qat-qat yaxşıdır. Sağlam insan, hava şəraitindən (külək və s.) asılı olaraq bəzən yüzlərcə metrə məsfədən birinin havanı korladığını hiss edə bilər! Bu deyilənlər xüsusən siqaret çəkən nazlı xanımlara aiddir. Çox nadir halda kişi, çəkən qadınla tanış olmaq istər. Sağlamığa vurulan zərər ayrı…

Başlanğıc üçün siqareti əmilən konfetlə, və s., istəsəniz lap adı çubuqla, əvəz etmək olar (yandırılmamış siqater ola bilməz). Tum, cəviz, fındıq da ola bilər (təmizliyə riayət edilməklə). İçki aludələri üçün yeni bir şey yazmaq çətindir. İçki həm içənlər üçün, həm də yaxınları, xüsusən, Allah qorusun, uşaqlar üçün ən yayılmış təhlükəli bəladır! Təbii su için, meyvə şirəsi, şirin su için. Çox için ki, mədədə spirtli içiki üçün boş yer qalmasın. Başın ayıq olacağından qorxmayın, çünki, ayıq baş o qədər faydalı ixtiralar edər ki! Yoxsa Siz, ayılmaqdan ona görə qorxursunuz ki, o zaaman başın işləmədiyi meydana çıxa bilər?

Zərərli vərdişlərdən azad olmaq necə ola bələr?

Əgər tütün çəkilməsi və içgi içilməsinə yarı dəlilik kimi, ya da sinir pozğunluğunun Pis vərdiş olmasınbaşlanğıc mərəhələsi kimi baxıla bilərsə, uyuşdurucu və zəhərli maddələrin isifadə edilməsi - tam dəlilikdir və bu halda adi üsullar tətbiq edilə bilməz. Bu problemlərlə yalnız klinik tibb ocaqlarına müraciət edilməlidir və çox tez olsması yaxşıdır. Xatırladaq ki, Qurani Kərimde müslüman üçün yalnız içgi deyil cana zərəri olan hər şey yasaqdır!

Başdan deyim ki, zərərli vərdişlərdən uzaqlaşdıra bilən sehirli çubuk və ya «hər şeyə qadir həbb» mövcud deyil. Sağalmağa doğru ilk addım – adamın bunu öz xoşu ilə istəməsidir. O mənəvi cəhətdən yetişərək, məhv edən vərdişdən azad olmağa hazır olmalıdır. Əgər belə deyilsə, zorla görülən tədbirlər bir fayda verməz. Xəstəliyin sağalması, insanın öz üzərində gərgin əmək və güc tətbiq etməsi nəticəsində, bəzən uzun zaman içində mümkündür. Bununla bərabər tam inamla deyə bilərəm ki, sağalmanın qiyməti edilən məsrəflərdən çox bahalıdır. Çünki, əldə edilən yüksüzlüyü, həyat sevincini, azadlıq hissini, qayıdan qoxu hissini heç bir malla qiymətləndirmək mümkün deyil.

Siqaretdən azad olmaq üçün məhşur əsab mütəxəsisi, həkim V. Levinin «Düşüncə ovu» kitabında (http://royallib.ru/book/levi_vladimir/ohota_za_mislyu.html-istəyənlər üçün tərcümə edə bilərik) yaxşı üsul təsvir edilmişdir. Üsul çəkilən siqaret miqdarının xətti üsulla müəyyən vaxt içində azaldılmasına əsaslanır. Bu üsul yaxşı öyrənilərək, təcrübədə yoxlanmışdır. Onun nöqsanı müdəmadi miqdar azaldılmasının, insanın fizioloji və mənəvi quruluşuna uymamasıdır. Atmaq istəyənlərin geri dönməsi halları mümkündür.

Ona görə də biz öz üsulumuzu tövsiyə edirik. Bizim üsul çəkim dozasının daha təbii azaldılmasını nəzərdə tutur. Tədqiqatlar göstərir ki, çəkilən siqaretlərin sayının 2 dəfə azaldılması böyük çətinlik təşkil etmir və bir neçə gün içində asanca həyata keçirilə bilər. Ancaq qalan ikinci yarmın azaldılması xeyli güc və vaxt istəyir. Bir gün deyil, bir müddət adam cari miqdarı azaaltmadan, çəkməyə davam edir. Bu «paydan» doyma meydana çıandan sonra, yalnız bu zaman siqaretlərin sayı 1 ədəd azaldılır. Və tədricən doyma-azaltma nəticəsində çəkilən siqaret sayı tədricən azaldılır. «Çatacaq» miqdarı 1 siqaretə düşdükdən sonra və təsvir edilən doyulma meydana çıxarkən, artıq siqaret miqdarı 1/10 qədər azaldılır. Bəli, bütün siqaretdən 1/10 hissəsi qırılıb, atılır. 9/10 siqaretə artıq 10 günə yaxın bezmə vaxtı tələb oluna bilər. Sonra növbəti Uşaq onu seçməyi rica edir1/10 doza atılır və s. Axırıncı «onda bir» 20 gün və daha çox vaxt istəyə bilər. Nəhayət, bu doza üçün də çoxdan gözlənən doyma anı gəlir və 1/10 də çox görünməyə başlayır. Bu hadisənin ertəsi günü biz vərdişimizə görə siqaretin 9/10 qırıb atırıq, qalan 1/10 isə yandırmırıq, qutuya qoyub «sonraya» saxlayırıq. Bu «əyləncə» təxminən axşama qədər sürür. Adəti siqaret çəkmək vaxtı gəldikdə, artıq bu proses bizi lazımlı qədər bezdirib, axırıncı onda biri çıxardırıq, ona baxaraq fikrən bu sözləri deyrik «mən səni çəkə bilərdim, ancaq istəmirəm, ona görə sülhlə səni azad buraxıram. Bu gündən etibarən bizim yollarımız ayrılır». Və təntəli şəkildə bu parçanı (qutu ilə birlikdə) olacağı yerə atırıq!

Əyyaşləqdan müalicə etmək üçün bizim öz üsulumuz yoxdur. Bu məqsəd üçün istənilən bəyəndiyiniz üsul uya bilər. Düşünürəm, spirt alışqanlığı "stajı" çox deyilsə, bu proses daha tez, hətta təcili şəkildə də aparıla bilər. Hər halda bu barədə bizə müraciət edən olsa, biz mümkün olan köməyi etməyə çalışarıq.

Baş səhifə Baş səhifəyə

debug