• Русский
  • Azəricə
  • Türkçe

Bizim esas xidmətlərimiz

Açar təhvili saytlar yaradılmasıAçar təhvili saytlar yaradılması Böyük və kiçik ticarət üçün hər cür sayt. Vizit saytı, Mini, Standart və Qonma səhifəsi Vizit saytları Səxsi sayt fərdi əlamətləri olan şəxslər və şirkətlər üçün, şirkət saytı - kiçik və böyük ticarət üçün İnternet-mağaza saytı Məlumat saytı böyük həcmli məlumatı saxalar və təqdim edər, Tanıtma saytı Sizi daha yaxşı tanıdmağa kömək edər və başqa hər çesid saytlar...
Rus dilindən peşəkar tərcümələrRus dilindən peşəkar tərcümələr, peşəkar avropa, şərq dilləri tərcümələri Ticarər üçün hər çesid saytlar, fərdi şəxslərə, təşkilat və dovıət orqanlarına hər mövzuda. Peşəkar şifahi tərcümələr: nümayəndələrin müşayəti, danışıqların tərcüməsi, görüşlərin tərcüməsi. Peşəkar yazılı tərcümələr: texniki sənədlər, müqavilələrin tərcüməsi, hüquqi və mali tərcümələr...

Maraqlı məlumatlar, hadisələr, düşüncələr

Sizin üçün: Maraqlı məlumatlar, hadisələr, düşüncələr Məlumat düşüncələr, fəlsəfə
Düşüncəliəri deyil, düşünməyi öyrətmək lazımdır. (İ. Kant)

Neçə ilin təcrübəsində ilk dəfə mənə tərcümə üçün sənəd gətirdilər, mən tərcümə nədir, heç originalın hansı dildə olduğunu ayırd edə bilmədim. Ancaq onu dedilər ki bu uşağın tibb kartıdır. Həkimin xətti Zərrəbinlə bir neçə saatın işi nəticə vermədi. Tanış həkimin yanına getdim ki, soruşum həkim xətti necə oxunur. İkilikdə müxtəlif sözlüklərin yardımı ilə saatda birər cümlə güclə yazını tərcümə etdik. Proses belə gedirdi: həkim qız yazını hərf-hərf oxuyurdu, əlbət ki, bilmədiyimiz söz alınırdı, axtarırıq. Məsələn, "qış", "sürüşkən", "yapışqanlı ilbiz" kimi sözlər tapdıq, fikirləşib, qərar verirdik kı, söhbət "selikli qişa"dan gedir v s. Mən həkim qızın yardımı olmadan bir cümləni özüm çevirdim və bundan çox qürur duydum "Ciyərlərdə peroral nəfəs eşidilir". Həkim xanım belə təəccüb etdi. Sonra evə gəldikdə, anlamağa çalışdım, tərcümə etsək də, hələ sənədin originalı hansı dildəydi bimirəm. Anladım ki, cavab axtarmaq mənazızdır. Bu xüsusi həkim dilidir. Nə latın, nə azəri, nə rus, nə də başqa dildir. Onları məxsusən belə öyrədirlər ki, heç kim başa düşməsin (onları necə, yumşaq söz tapmaq çətindir...). Və mənim qürurla tərcümə etdiyim cümlə normal adam dilində belə yazılmalıydı:
"Uşaq bəzən ağzı ilə nəfəs alır". Bu da körpənin ciyərdərindən deyil, ağzından bəlliydi. :)

Sözlərin düzgün tələffüzü necədir? Sözlərin etimologiyası və yazı qaydaları (üslub).
"Dilnən düdyanı gəzərsən ..."Dil hara desən aparar
(Xalq deyilişi)

Bir yoldaş (Saytımın Omsklu qonağı) axtarma sisteminə belə sual verib: "aziybarjan li bayram şəhəri" . Əlbət ki savadsızlıq böyük rəzillikdir. sovetlərin son prezidenti də "alim" adamdı, söz gələndə deyrdi ki 2 institut qurtarıb, amma vəziyyət işə bağlananda, yəni bildiyini göstərmək lazım olduğunda kollarda gizlənirdi (deyirdi ki o mütəxəsis deyil, qoy mütəxəsislər rəyini söyləsin). Onun "Azibayjan" deyilişini çoxları hələ də xatırlayır. Necə düz yazılır mən başqa dillərdə yazmışam. Azəri oxucularım üçün bunun yazılması mənasızdır.

Bir müştərim yaxşı əhval-ruyiyyə zamanı ürəyini açaraq demiş: Maa bax, mən də bir az-maz tecürməçiyəm e! Ancaq tecürmə eliyəndə bəzi halda başqa dil çuxa bilir. Onnan mən səin yanuva gəlmüşəm. Ay əcəb eləmisən, qardaş, yoxsa Allah bilir sənin "tərcümə yaradıcılığın" nə ilə qurtara bilərdi.

Yeni sözlər, ifadələr

Reforma-ətrafın və sakinlərinin öz arşınına sığdırılması. Üzlü soğan Avro xəbərlər, avro topdan, avro təmir...(yalandan) Terrorçu - istənilən təmiz adam, çox zaman hakimiyyət sahiinin ticarət və ya siyasət (elə ikisi də eynidir) rəqibi. Keşk Bank qutusu

Siz saytımızın mövzusu ilə əlaqədar, o cümlədən sözlərin anlayışı, yazılışı, tarixi, etimologiyası üzrə suallarınızı burada verə bilərsiniz.

"Dum puto - vivet"Düşünürəmsə - demək sağam
(Düşünürəmsə - demək sağam, Lat.)

Yol ilə düz getmək ideal düz xətt üzrə hərəkət etmək demək deyildir. Müasir həyatımızda çox zaman müxtəlif adamlara müraciət edərkən "müəllim" deyirik. Hörmət əlaməti olaraq. Çox zaman "müəllim" dediyimiz adamlar zənginlər, məqam sahibləri, asılı olduğumuz adamlar və hətta bahalı paltar geymiş şəxlər olur. Savad və bilgi dərəcəsini bilmədiyimiz adama "müəllim" demək məntiq və mənaya görə o qədər də düzgün deyil. "Müəllim" yalnız işini, məsləyini mükəmməl bilən və bu bilgiləri başqalarına öyrədə bilmək qabiliyyətinə malik olan şəxslərə yaraşar. Yəni bildiyimiz təhsil ocaqları müəllimləri ilə yamaşı, dərnəklərdə, kurslarda, sənət ocaqlarında, istehsalatda, bizi öyrədənlər, idman məsqçiləri də daxil, bu sinifə gözəlcə uyur. Doğrudur, sənət müəllimlərinə münasibətən "usta" müraciəti də istifadə oluna bilər.
Dilimizdə hörmət bildirən digər kəlimələr də vardır. Arxamızda qalan sovet rejimi bizə onları unutdurmağa çalışsa da, şükür unutmadığımız cənab, bəy və s. sözlər var. Müəllim, cənab ya bəy - hansı müraciət daha düzgündür?
Müəllimlər qrupunu yuxarıda saydıq.
Zənnimcə, yüksək məqam sahibləri, müdirlər və nadir hallarda "paltar geyənlər" üçün "cənab" müraciəti düzgündür.
Zənginlər, şirkət sahiblərin və bəzən "paltarlılar" üçün "bəy" kəliməsi istifadə edilə bilər. Amma qeyd edək ki, "paltar-qumaş" sahiblərinnə edilən müraciət tam şərtidir. Onların əsil mahiyyətini bilənə qədər. Mahiyyət imkan verməsə, dərhal onlara peşin ödəmə keyfiyyətində verilmiş olan müraciət dəyişdirilməlidir. -)
Sənətkarlar arasında öz işini çox mükəmməl bilən şəxlərə - söz ustalarına, rəssamlara, memarlara, musiqiçilərə və digər incə sənət ustalarına "ustad" kəliməsi tətbiq edilə bilər.
Geri qalan "Maestro", "Master" (Yaponlar bu sözü çox sevir), "Doktor" və digər dar sahələrdə işlədilən kəlimələr yerinə görə istifadə olunmalıdır.
Düşünürəm "Hansı müraciət daha düzgündür" sualına cavab tapmaqda bu yazıdan faydalana bildiniz.
Reklam nə demək?

Tez-tez mi düşünürsünüz reklam nə deməkidir? Zəmanəmizdə reklam elə həyasızcasına və yapışqan kimi hər dəliyə girməyə çalışarkən, insanlar ona fikir verməməyə, əlbəttə ki onun mahiyyəti haqqında düşünməməyə çalışırlar. Reklam binadan qazanc xatirinə bizə gərək olmayan şeyləri satmaq cəhdində olan Bu kimə lazımdır?adamların udurmasıdır. Çünki, lazımlı şeyin reklama ehtiyacı yoxdur. Bizə lazım olan şeyi harda varsa tapacağıq və alacağıq. Almayın desələr də. Burada isə tərs haldan söz gedir. Mənim zənnicə reklam zorlamanın bir növüdür. Nə şəkildə olursa olsun. Məsələn, poçt qutularını spamla dolduran əxlaqsızlar, heç bilir mi onların "təklifləri" necə istifadə olunur? Baxın, ev girişinin görünüşündən fərəhlənin. "Malınızı" tanıyırmısınız?

Baş səhifəyəBaş səhifə

 

Axtarış

Hər çesid saytlar yaradılması

Açar təhvili saytlar yaradılması Ticarət üçün Hər çesid saytlar. Mini Vizit saytları Standart Vizit saytları və Qonma səhifəsi saytı Səxsi sayt Şirkət saytı İnternet-mağaza saytı və həmçinin Məlumat saytı Tanıtma saytı Kompüter xidmətləriKompüter xidmətləri