Sürücülük bacarığının təkmilləşdirilməsi

Bizim esas xidmətlərimiz

Açar təhvili saytlar yaradılmasıAçar təhvili saytlar yaradılması Böyük və kiçik ticarət üçün hər cür sayt. Vizit saytı, Mini, Standart və Qonma səhifəsi Vizit saytları Səxsi sayt fərdi əlamətləri olan şəxslər və şirkətlər üçün, şirkət saytı - kiçik və böyük ticarət üçün İnternet-mağaza saytı Məlumat saytı böyük həcmli məlumatı saxalar və təqdim edər, Tanıtma saytı Sizi daha yaxşı tanıdmağa kömək edər və başqa hər çesid saytlar...
Rus dilindən peşəkar tərcümələrRus dilindən peşəkar tərcümələr, peşəkar avropa, şərq dilləri tərcümələri Ticarər üçün hər çesid saytlar, fərdi şəxslərə, təşkilat və dovıət orqanlarına hər mövzuda. Peşəkar şifahi tərcümələr: nümayəndələrin müşayəti, danışıqların tərcüməsi, görüşlərin tərcüməsi. Peşəkar yazılı tərcümələr: texniki sənədlər, müqavilələrin tərcüməsi, hüquqi və mali tərcümələr...

Maşını yaxşı sürməyi öyrənirik

"Əmin deyilsənsə -heç sürme!"
(Yol qanunu)

Təcrübəli sürücülər üçün dərslər

Necə yaxşı sürücü olaq?

Özümüzdən başlamalıyıq. Yəni Siz özünüzü sevirsəniz, hörmət edirsəniz başqalarına hörmətsızliyə yol verməzsiniz. Çünki hörmətsizlik, aynada əks olduğu kimi geri dönür gəlir onu edən adamın özünə. Necə yaxşı sürücü olaqAdi sürücülük kurslarında nə oyrədilir, nə öyrədilmir sualını ələ alarkən biz, yenidən

Maşını yaxşı sürməyi öyrənirik

. Sürücülüyə yeni gözlə baxaq. Unutmayın ki, sükan arxasına keçen adam insan olarak qalır. Öz xasiyyəti və vərdişləri ilə - həm yaxşı, həm də, hayıf ki, pis. Heç zaman unutmayın. Sükan arxasında oturan insanlardır (heç olmasa bu günə qədər, Allaha şükür, beləydi). Həm güclü, iradəli, bacarıqlı, hessas, diqqətli, və həm də tərs xüsusiyyətlərlə birlikdə. Təəssüf ki, sürücülərin seçilməsi üsulları, onların arasında dəlilərin rast gəlməsini tam müstəsna etmir. Bəzi insanlar, komissiyanı keçsə belə, sükan arxasına oturan kimi "canavarlaşır". "Onu keçecəm, bunu sıkıştıracam, bu birisinə yol verməyəcəm!". Əcəba, niyə belə olur? Məgər Siz küçədə gedərkən, ilk qarşınıza çıxanın üstünə atılırmısınız, ya addımlarınızı itiləşdirərək, birisini keçmək, və yaxud, bacaqlarınızı o tərəf, bu tərəfə oynadararaq, Sizdən sürətli gedənə yol verməməyə çalışırsinizmi? Əlbettə ki, yox. Çünki ağlı başında olan adamlar belə hərəkət etməz. Onda niyə sükan arxasındakı "ağlı başında olmayanlar"ın sayi həddindən ziyadə çoxdur? Bu sual daha çok sosialogiya və siyasətə ya da fəlsəfəyə aitdir. Biz çalışdıq ki, sağlınizı qeyb etmədən və çox maddi zərərə girmədən necə yaxşı sürücü ola bilərik? sualına cavab verək. Ümid ederik ki, "Təcrübəli sürücülər üçün dərslər" məqaləsi, bu problemi kökündən çıxarıb atmasa belə, heç olmazsa vəziyyəti bir az düzeldər. Sonra başqa biri yene bir az, baxarsınız yollarda vəziyyət xeyli insanlaşar. Xülasə, biz sükan arxasına keçən kimi özümüzə qəti tapşırıq veririk: başqalarına hörmət göstərceyik ki, özümüzə olan hörməti itirməyək. Sağa, sola xoşa gəlməz sözlər "atmağa" tələsməyin. Qarşınızdakı özünə güvənməyən təzə sürücü ola bilər (yadınızdan çıxdımı, ilk dəfə sükan arxasına oturanda öz dizləriniz nece titrəyirdi?), bəlkə qarşınızdakı məhdud imkanlı əlil ola bilər, (maşının işarələrinə diqqətlə baxın), bəlkə də qarşınızdakı naz-gəmzəli qadındır (hər qadın kiminsə anası, bacısı, yoldaşı, qızıdır, onlara hörmətsızlık yaraşarmı?), bəlkə o təbiyətinə görə özünə diqqət çəkmək istəyir, və əlbəttə ki kişilər qədər maşını bilmir (ama elə suallar var ki, Siz qadınların yanından belə keçə bilməzsiniz).
↓Davamını oku Baş səhifəBaş səhifəyə
 

Axtarış

Hər çesid saytlar yaradılması

Açar təhvili saytlar yaradılması Ticarət üçün Hər çesid saytlar. Mini Vizit saytları Standart Vizit saytları və Qonma səhifəsi saytı Səxsi sayt Şirkət saytı İnternet-mağaza saytı və həmçinin Məlumat saytı Tanıtma saytı Kompüter xidmətləriKompüter xidmətləri
Çox səbəb ola bilər. Qınamğa, illahım da təhqir etməyə çalışmayın. Müdrik olun - yol verin, yandan keçin, lazımsa kömək edin. Etdiyiniz hərəkətdən özünüz də məmnun qalarsınız "Yol verin" ifadəsində xüsusən dayanmaq istərdim. Ölkələrin çoxunun Yol Hərəkatı Qaydalarında (irəlidə "Yol qaydaları" və ya YHQ) yazılır ki, sürücü "daha yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir". Məxsusən hansı ölkəninYol qaydaları demirəm, çünki çoxunda belədir... Yol polisinin və ya DAM ın rolunu üstünüzə almayın. Onlar onsuz da çoxdur. Heç zaman düşünməyin ki, "mən onsuz da icazə verilən sürətin yuxarı hüdudunda gedirəm, bu ... isə far yandırır (siqnal verir) ki, ona yol verim. Olmaz! Mənim ardımdan getsin". Əgər adamın, Allah eləməsin, bir probemi varsa? Bədbəxt hadisə olub, xəstə aparır, ya xəstə yanına gedir, uşağa təcili kömək lazımdır və s., ancaq onun maşınında xüsusi işarələr verən avadanlıq yoxdur, nə eləsin? Düşünün, hər kəsin başına gələ bilər. Onun yol qaydalarını pozmaması ilə posilər maraqlansın. Cənab Allahsa hər şeyi görür, şübhəsiz. Mədəni olun. Sükan arxasında bütün pis şeyləri unudun, başqaları da Sizə qarşılıq göstərər. "Necə yaxşı sürücü olaq?" problemi haqqında çox danışmaq olar. Düşünürəm başlanqıc üçün bu pesept bəs olar.

Sükan arxasına keçirik

Hər şeyi bir daha yoxlayırıq.Yola çıxmadan ayarları yoxlayırıq Bəzi sürücülərin rəhbər tuduğu prinsip lazım olanda "min, get" - yanlışdır. Yəqin ki xatırlayırsınız YHQ dəki tələbi "... sərxoş halda, o cümlədən narkotik və uyuşdurucu maddələdin təsiri altında, yorğun və xəstə vəziyyətdə maşın sürmək qadağandır...". Buna, bəzi dərmanların, xüsusən yuxu gətirənlərin, insan orqanizminə narkotik təsir göstərdiyini əlavə edirik. Ona görə də əgər özünüzü pis hiss edərkən həb içdinizsə, fərdi hissiyata rəğmən, Sizin Yol qaydalarını pozmadığınızın zəmanəti yoxdur. Bununla yanaşı, müxtəlif maddələrə, hətta adi ərzaq məhsullarına olan reaksiya - müxtəlifdir. Misal üçün, qəhvə universal yuxu qaçiran maddə deyil. Bəzi insalara o əksinə, yuxu gətirən maddə kimi təsir edir. Çünki tərkibində uyuşdurucu maddə kofein var. Həkimlər bu xassənin sağlam orqanizminlərə məxsus olduğunu təsdiq edirlər. Ona görə Siz öz bədəninizin xüsusiyyətlərini bilməlisiniz və azacıq şübhə olduğu zaman yoldan imtina etməniz lazımdır. Xüsusən uzaq yoldan. Heç bir maneə olmadığı halda
Yola çıxmağa hazırlaşırıq

Sükan arxasına keçmədən, maşının ətfına dolanıb, keçməyi qayda edin. Maşının banının tam olmasına, cizik və ya əziklərin olmamasına, siləcəklərə, aynalara diqqət edin, gözlə təkərlərin vəziyyətini yoxlayın. Şübhə olduğunda havanı manometrə ilə yoxlayın. Həftədə bir kərə mütləq təzyiqi yoxlayın. Oturduq oturacağa. Maşını işə salmazdan qabaq, salona göz gəzdirin. Aynalara baxın. Bu sizin hər gün sürdüyünüz maşınsa, aynaların, dəstəklərin yerində olması kifayətdir. Əgər siz tanış olmayan maşına mindinizsə, oturacağı, aynaları sazlayın, salonda gözə çarpan bir zədə olmadığına əmir olun. Oturacaqların ayarı zavod təlimatında vardır və bəzi şeylərə internetdə də baxa bilərsiniz (məs. natalianakonechnaja.com/sidene-voditelya/). Şəhər içi və kənarı səyyahətlər üçün, əsasən də uzaq yol üçün, oturacağın vəziyyəti başqa ola bilər. Əsas məqsəd optimal rahatlığa nail olmaqdır. Hər şey qaydasındadırsa maşını çalışdıra bilərsiniz. Mühərrikin səsini dinləyin. Maşın şübhəli səslər olmadan saz və aramsız çalışırsa - yaxşıdır. Deyilsə, səbəbini tapıb, aradan qaldırın. Sərt gurultu, xırıltı, sürtünmə səsləri eşidərkən dərhal motoru söndürün. Maşın - yola hazır deyil...

Qayda pozulmamışsa,

savadla yerdən tərpənirik

. Necə? Son sırada təhlükəsizlik kəmərini taxırıq, bir də oturacağın vəziyyətini yoxlayırıq, əgər onu düzəltmişdinizsə. Üçüncü sürəti (ya 5-ci) taxaraq, sağ əlin tam açılmasına bir az qalana qədər sərbəst uzanmasına diqqət edin. Qol tam açılırsa ya çox bükülürsə vəziyyət yenidən düzəldilməlidir. Ayaq və əllrin açılış bucağı təxminən ≈120º). Avtomat qutu üçün yalnız rahatlığı yoxlayın. Sonra "mexanik" qutu üçün birinciyə keçirik, mütləq 360º lik yoxlama - aynalar+"onların görmədikləri" yerlərə baxaraq, hətta səhrada belə olsanız, və ətrafınızda heç kes, heç nə yoxduysa, hərəkətə başlayan anda əmin olun ki hərəkət üçün heç bir əngəl yoxdur, dönüş lampasını yandırırıq (həmişə) və yaxşı yol! Bu savadla yerdən tərpənirik deməkdir.

Səhifə yenilənmə mərhələsindədir(ətraflı)