• Русский
  • Azəricə
  • Türkçe

Qəstdən uydura bilməzsən: həqiqi, gülməli həyatı hadisələr

Diqqətinizə həqiqi, gülməli həyatı hadisələr, hekayələr, deyilişlər təqdim edirik. Gülünc təsadüf, yumor, açıqgözlülük

Bir şirkətin verdiyi tərcümə sifariıini bitirib, gətirdim. Qəbul otağında sarı saçlı qız, təbii ki sekretar, gəlişimin səbəbini soruşdu. Dedim ki "Müdürünüz ruscadan azəricəyə tərcümə vermişdi, onu gətirmişəm". Qız mətni alıb diqqətlə baxdı, bir neçə dəfə aşağı-yuxarı çevirdi.
- Bu nədi? - soruşdu.
- Tərcümədir,- günahkar kimi cavab verirəm.
- Niyə cızma-qara yazılıb ki?
- Mətn azərbaycancadır.
- Niyə rusca deyil?
- Məndən xahiş elədilər ki, azəricəyə çevirim,- yenə özümü doğrultmağa çalışıram.
- Tərcümə-mərcümə bilmirəm. Gedin köçürdün ruscaya, gətirin!
Bən onu uzun-uzadı dilə tutdum ki, mətni sadəcə alıb, müdürə versin. Dünya xalqlarından, başqa dillərdən, mədəniyyətlərdən, adət-ənənələrdən bəhs etdim...Hamısı boşuna.
Qız mətni "almağa" yalınız müdür qarışdıqdan sonra qərar verdi. Heyran-heyran yazıya baxaraq dedi:
- Doğrudan mı qeyri rus həflərinin bir mənası ola bilər?..

Belarus kəndində təzə qonşlarımız daşınıb, gəldilər. Ev sahibəsi gənc qadın, həmən günəşdə qaralmağı çox xoşladığını göstərdi. Həm də bikini dəniz mayosunda, bacaqları yanlara aralı şəkildə, bizim tərəfə (cənuba). Bizim kənddə hasarlar şəffafdır. Elə düşünməyin ki bütün belarus qadınları belə qaralır - bu vəziyyət Belarus üçün belə çox cəsarətliydi. Mən mümkün qədər baxmamağa çalışırdım, düşünürdüm qadınlar ona belə olmaz deyərlər. Amma deyən olmadı. Beləcə, hər gün bu pozada - yay bitdi. Bir payız günü həyətimizə tanımadığım gənc bir qadın girdi. Nə üçünsə gəlmişdi. Mən soruşdum:
- Bacı, Siz kimsiniz?
Qadın:
- Mən sizin hasar bir qonşunuzam da...
- Hə-ə...Siz qaralmağı sevirsiniz!..
Baş səhifəyəBaş səhifə

 

Axtarış